Page 363 - Islamic Studies 03
P. 363
362) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
qəzəbindən göy sökülüb yerə tökülsün , yer yarılıb parçalansın
və dağlar parça-parça olsun.
Xanım Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq
hissi keçirdən , öz pis əməllərinin dəhşətini anlayan kütlənin
gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi.
Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi
keçirdir , hansı vəziyyətdə olur olsun səhvlərini yumaq ,
təmizləmək barəsində fikirləşirdilər.
İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm də
kufəlilər qarşısında çıxış edərək onları daha da təsirləndirirdi.
Fatimə dedi:
“Ey Kufə əhli ! Ey hiylə və fırıldaq sahibləri ! Bizi kafir sayıb
bunun üçünmü bizim qanımızı axıtdınız? Qılınclarınızda bizim
qanımız damcı-damcı tökülür, buna görə sevinirdiniz? Tezliklə
Allahın qəzəbi çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay
halınıza ! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi
öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm
tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı?
Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə
acizdir. Şeytan iyrənc əməllərinizi sizə “gözəldir”-deyə
zinətləndirmişdir...
Ey Kufə əhli ! heç bilirsinizmi Peyğəmbər (s.ə.a.s.) sizdən bu
tökülən qanları cavablandırmanızı istəyəcək.”
Təhriflə mübarizə