Page 353 - Islamic Studies 03
P. 353
352) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
onları müdafiə etmişdir. Kərbəla qiyamında Tuə kimi xanımın
İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz
evində pənah verdiyini düşmənlərdən gizləyərək qoruduğunun
şahidi oluruq. Bir halda ki , Həzrət Hüseyni (ə) 18000
məktubla Kufəyə dəvət kufəlilər Müslim ibn Əqili şəhər
küçələrində İbn Ziyadın qoşununun təqibi altında yalnız
buraxaraq onu tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə
əhli hətta evlərinin qapısını da bağlamışdılar. Amma Tuə adlı
bir müsəlman xanım Müslim ibn Əqili tanıyaraq onu öz evində
gizlətdi. İmanın qorxuya üstün olduğunu sübut etdi.
Dəyərli məsləhətlər verdilər
Bir çox qadınlar Həzrət Hüseynin (ə) dəvətini qəbul etmək
üçün tərəddüd edən ərlərini İmama (ə) qoşulmağa
meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər verirdilər.
Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin
məhz həyat yoldaşı Dilhəm binti Əmrin məsləhəti sayəsində
haqqın yolunu taparaq İmam Hüseynə (ə) qoşuldu. Züheyr
ibn Tin İmamın (ə) tərəfdadrı kimi tanınmırdı. O , hətta Həzrət
Hüseynin onu dəvət etmək üçün göndərdiyi elçisinə rədd
cavabı vermişdi. Amma belə olduqda arvadı Dilhəm Züheyrə
dedi:
-“SübhanAllah sən Peyğəmbər (s.ə.a.s.) övladının
dəvətini qəbul etmirsən ?Utanmırsanmı ? Heç olmasa get ,
səninlə nə işi olduğunu öyrən.”