Page 364 - Islamic Studies 03
P. 364
İslamda qadın və cəmiyyət/ (363
İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür
yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura
qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və
bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu
qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi o
zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə
də din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının
həqiqətini gizlətmək və həm də özlərinin insanlıqdan uzaq
cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif
etməyə başladılar.
İbni Ziyad Kufədə İmam Hüseynin (ə) qiyamının yalnış
olması barədə şübhələr yaratmağa çalışdı. O guya bu işin
məcburi qəzavü-qədər (alın yazısı) olduğunu , Hüseyni (ə)
Allahın öldürüyünü Yezid və tərəfdarlarının bu işdə heç bir
günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt
(ə) xanımlarının və imam Səccadın (ə) bacarığı, mübarizəsi
sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi.
Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə
(mərkəzi məscidinə) toplayaraq öz çirkin əməllərinə dini don
geyindirməyə başladı:
“Həmd olsun o Allaha ki , haqqa zəfər əta etdi və
“möminlərin ağasına” (yezidə) , onun dostlarına yardım etdi.
Yalançı oğlu yalançını (nəuzubilləh) İmam Hüseyni (ə)
öldürdü.”
Elə bu zaman Xanım Zeynəb (ə) digər qadınlarla birgə əsir
şəklində olmasına baxmayaraq vüqarla məscidə daxil oldu.