Page 365 - Islamic Studies 03
P. 365

364) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Ubeydullah ondan kim olduğunu soruşduqda cavab vermədi .
               Kənizlərdən  biri dedi:

               “O , Allahın Rəsulunun (s.ə.a.s.) qızı Fatimənin (ə) əziz övladı
               Zeynəbdir(ə).” Ubeydullah ibn Ziyad ,qardaşları , övladları və
               digər yaxınları şəhid olmuş başı çox müsibətlər çəkmiş və indi
               əsir  kimi  qarşısında  dayanan  Zeynəbin  (ə)  qürurunu

               sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi ki , azacıq
               çağır-bağır salsa belə , Zeynəb ağlayacaq , yalvaracaq və İbn
               Ziyaddan  aman  diləyəcək.  camaat  da  zalımların  haqlı

               olduğunu düşünəcəkdir. Ona görə də lovğalıqla dedi:
               “Həmd  olsun  o  Allaha  ki  ,  sizin  ailənizi  rüsvay  edib  yer
               üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi”

               Xanım Zeynəb onun sözlərinə bu cür cavab verdi:
               “Həmd  olsun  o  Allaha  ki  ,  bizə  (ailəmizə  babamız  )
               Peyğəmbəri  (s.ə.a.s.)  əta  etməklə  əzəmət  bağışladı  və

               çirkinlikdən pak saxladı.  Yalnız fasiqlər rüsvay olar. Yalnız
               pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki , pis
               adam  biz  deyil  ,  başqa  şəxslərdir.  (Yəni  pis  insanlar  sən  və
               sənin tərəfdarlarındır)”

               İbn Ziyad dedi:
               “Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi.”
               Xanım Zeynəb isə cavabında dedi:

               “Mən gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhid
               olacağını  öncədən  bilirdi.  Onlar  da  öz  vəzifələrini  yerinə
               yetirərək  axirət  mənzillərinə  yollandılar.  Tezliklə  (  qiyamət

               günü  )  Allah  səni  və  onları  görüşdürəcək  .  O  zaman  onlar
               Allaha səndən giley edib ədalət tələb edəcəklər. İndi düşün ki ,
   360   361   362   363   364   365   366   367   368   369   370