Page 366 - Islamic Studies 03
P. 366
İslamda qadın və cəmiyyət/ (365
Qiyamət günü kim zəfər çalacaq? Anan sənin matəmində
otursun, ey Mərcanənin oğlu.”
Zeynəbin bacısı Ümmu Gülsüm də İbn Ziyada xitabən dedi:
“Ey İbni Ziyad, sən Allahın Rəsulu Muhəmmədə (s.ə.a.s.)
qiyamət günü nə cavab verəcəksən? Bilirsənmi cəzanı
Peyğəmbər (s.ə.a.s.) verəcək?”
Yezidin hakimiyyət etdiyi Şam şəhərində isə tam başqa şəkildə
idi. Şamlılar Əhli –beytin (ə) kim olduğunu bilmirdilər. Dinin
həqiqi hökmlərindən və köklü etiqadlarından xəbərsiz idilər.
Şəmlılarn İslamın həqiqətlərindən xəbərsiz olmasına təkcə
bunu dəlil gətirmək kifayətdir ki , onlar Həzrət Əlinin (ə) Kufə
məscidində namaz qılarkən şəhid edildiyini eşitdikdə
təəccübləndilər və dedilər:
“Məgər Əli (ə) namaz qılırdı?”
Bəli Əhli-beytin (ə) düşmənləri onlara necə tərbiyə etmişdisə
, dini onlara necə (ürəyi istəyən formada) anlatmışdısa eləcə
də qəbul etmişdilər. Elə bunun üçün də Şam şəhərində İmam
Hüseynin (ə) qiyamını dindən xaric olmuş şəxlərin üsyanı və
ya xilafətlə mübarizə aparan Bizans döyüşçülərinin mübarizəsi
kimi tanıtdırmışdılar. Buna görə də əsirlər am şəhərinə
gətirildikdə əhali Yezidin qələbəsini bayram edirdi. Hamı
sevinc içində Hüseynin (ə) şəhid olduğu üçün şadlıq edir və
əsirlərə əllərindəki daş-kəsək , zibil qırıntıları atırdılar. Amma
sonralar Əhli-beytin (ə) maarifləndirici çıxışları nəticəsində
hər şey dəyişdi.
Belə ki ,Yezidin sarayı təmtəraqlı şəkildə bəzdilmiş saray
adamları və xarici səfirlər dəvət olunmuş , ənamlarla dolu