Page 368 - Islamic Studies 03
P. 368

İslamda qadın və cəmiyyət/ (367


               rəsulunun (s.ə.a.s.) qızlarını əsir edərək , pərdəsini kənara atıb
               hörmətsizlik  edəsən  ,  onların  səslərini  boğazında  boğub  ,
               naməhrəm  kişilər  vasitəsilə  onları  dəvələrə  mindirib  bir

               şəhərdən başqa bir şəhərə yollayasan? Bu necə ədalətdir ki ,
               heç kim onlara yer verməsin   və heç bir mühafizələri olmasın
               və onlara məhrəm olan kişilərdən kimsə yanlarında olmasın?


               Əlbəttə qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən
               bundan artıq nə gözləmək olar? ...
               Allahdan  arzum  budur  ki  ,  şəhidlərin  məqamını  daha  da

               yüksəltsin. Öz mərhəmətini onlara nisbıt daha da artırsın. Necə
               ki , Allah ən qüdrətli hami və ən gözəl havardır....”
               Xanım Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki , məclisdə

               iştirak  edən  məsul  şəxslər  hətta  yezidin  öz  yaxınları  da  ona
               etiraz  edərək  qəzəbləndilər.  Hətta  orada  olan  hərəmxana
               qadınları  da  Yeziddən  üz  çevirərək  göz  yaşları  içərisində

               məclisi tərk etdilər.

               Əzadarlıq və kədərləndirici çıxışlar


               Əhli-beyt    (ə)  xanımları  kədərli  çıxışları  və          əzadarlıq
               mərasimləri        ilə    insanların      vicdanlarını       ayıldaraq

               təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini bu yolla
               xalqa  açıqlayr,  müsəlmanları  kövrəldərək  onlara  insani  ,
               humanist duyğular aşılayırdılar.
   363   364   365   366   367   368   369   370   371   372   373