Page 47 - Islamic Studies 03
P. 47

46) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)


                Qadınla müştərək həyatda ilk addım
                 Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan
                 formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olmuşdur ki,

                 hətta  qadın  özü  də  özünü  dəyərsiz  saymış,  ər  qarşısında
                 hüquqlarını  dərk  etməmişdir.  Qadına  ifrat  sərt  münasibət

                 “feminizm” adlı əks bir cərəyan doğurmuşdur. Bu, qadının
                 kişi  ilə  tam  bərabər  olduğunu  iddia  edən  ifrat  bir

                 cərəyandır.Qur`ani-kərim  bu  sayaq  yanlış  e`tiqad  və
                 adətlərlə  mübarizə  üçün,  harada  böyük  və  pak  bir  kişidən

                 söz  açmışsa  onunla  yanaşı  böyük  və  pak  qadının  adını
                 çəkmişdir.  Bəli,  Qur`anda  kişi  və  qadına  münasibətdə

                 tarazlıq  gözlənilmiş,  qadına  mövcud  münasibəti  aradan
                 qaldırmaq  üçün  qəhrəmanlıq  dastanlarında  kişilərlə  yanaşı

                 qadınlar  da  xatırlanmışdır.Bizim  səmavi  kitab  daim  tə`kid
                 edir  ki,  axirət  mükafatı  cinsdən  yox,  iman  və  əməldən

                 asılıdır.Demək,  kamillik  mərhələlərini  keçmək  üçün  qadın
                 kişi  ilə  eyni  imkanlara  malikdir.  O  düzgün  tə`lim-tərbiyə

                 aldıqda kamilliyin ali dərəcələrinə çata bilər. İslam tarixində
                 pak  və  ali  məqamlı  qadınlar  çoxdur.Zülm-sitəmdən  uzaq,

                 yetərli  ailə  mədəniyyətinə  nail  olmaq  üçün  kişi  düzgün
                 düşüncə tərzinə yiyələnməli, bəşər tarixində kök atmış yersiz

                 təəssüblərdən  çəkinməlidir.  Bu,  kişinin  qadınla  müştərək
                 həyatda atacağı ilk addımdır. Kişi qadını ilahi bir hədiyyə,

                 həyat  yoldaşı  bilməlidir.  Bilməlidir  ki,  hüquqi  baxımdan
                 qadın  eynən  onun  kimidir.  Qadını  əskik  saymaq,  ona

                 hakimlik fikrinə düşmək yolverilməzdir.Qadına münasibətdə
   42   43   44   45   46   47   48   49   50   51   52