Page 46 - Islamic Studies 03
P. 46
İslamda Ailə./ (45
kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində
qadın ən ibtidai hüquqlardan məhrum idi.
Müasir mədəniyyət qanunları əsasında qadınların bir çox
hüquqları ayaq altına alınmışdı. Bə`zi ideologiyalarda,
xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd
yaradan şeytani bir mövcud kimi tanıtdırılır, kişilərin
süqutunun əsas səbəbkarı kimi təqdim olunur. Bu sayaq
düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur.
Bizim də əqidə və e`tiqadımızda Qur`an prinsiplərinə zidd
olaraq bu sayaq xurafi münasibətlər görünməkdədir. Belə
yanlış düşüncələrin zehinlərə yol tapması əməldə
xoşagəlməz nəticələrlə sonuclanır.Əgər kişi qadını
vəsvəsəçil, şeytani və şər bir mövcud kimi tanısa, onu
cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən
bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu
sayaq ailə rabitələrinin nümunəsi çox olmuşdur. Həmin
ailələrdə kişi ailənin himayəçisi kimi yox, müstəbid hakim
kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi.
İndi də bə`zi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə
ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə
bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud
olduqda onu, adətən, “patriarxal” adlandırırlar