Page 51 - Islamic Studies 03
P. 51
50) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
15.Omun sirrlərini qorumalıdır .
Kişinin də xanımı üzərində haqqı çoxdur. Qadın əri ilə yaxşı
yola getməlidir!
Hədisi-şərifdə buyuruldu ki:“Qadının cihadı əri ilə yaxşı
yola getməkdir.” [Tabərani]
Bir qadın ərini gözəl qarşılayar, gözəl sözlər söyləyərək
məmnun salmağa çalışardı. Peyğəmbər əfəndimiz
əleyhissəlam, qadının bu hərəkəti səbəbi ilə onun ərinə
buyurdu ki:“Xanımına salam söylə, yarı şəhid savabına
qovuşduğunu xəbər ver!” [ Şira] Qadınların Cənnətə
düşmələri kişilərə görə daha asandır. Bir hədisişərif
məalı:“Qadın beş vaxt namazı qılar, orucunu tutar, özünü
yadlardan qoruyar və ərinə itaət edərsə, Cənnətə girər.”
[İbni Hibban]
Kişisini razı salan qadın üçün qorxu yoxdur. İki hədisi-şərif
məalı belədir:
“Əri razı olduğu halda, ölən qadın, Cənnətə girər.” [Tirmizi]
“Ərinə məhəbbət göstərən, uşaq dünyaya gətirən, hirsləndiyi
an və ya əri ona əsəbiləşdiyi zaman ərini razı edənə qədər
yatmayan qadın Cənnətlikdir.” [Tabərani]
Qadina ziynət əşyası mübahdır (haladır). Ziynət almaq üçün
ərini çətin vəziyyətə salmamalı, yadlara ziynətlərini
göstərməməlidir! Belə olduqda ziynətləri Cənnətə
girmələrinə mane olmaz. Bir hədisi- şərif məalı: