Page 49 - Islamic Studies 03
P. 49

48) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                  Mənəm evin ağası


                 Allah kişi ilə qadını fərqli yaradıb. İstəsək də,istəməsək də,
               bunu qəbul etməliyik! Bu fərqliliklərə görə də kişinin qadının
               üzərində  müəyyən  üstünlüyü  var.  Hər  dövlətin  başçısı  var.

               İkinci şəxs başçı olmaq istədikdə isə problemlər yaranır. Ailə
               də  bir  dövlətdir,  onun  başçısı  olmalıdır. Dinimiz  başçı  kimi
               məhs  kişini  görür.  Çünki  məhs  kişinin  üzərinə  ən  çətin

               öhdəliklər  qoyulur.  O,  ailəsinin  həm  maddi,  həm  mənəvi
               təlabatını  ödəməlidir:  "Kişilər  qadınlar  üzərində  ixtiyar
               sahibləridirlər.  Bu,  Allahın  onlardan  birinin  digərinə  üstün
               etməsi  və  (kişilərin)  öz  mallarından  (qadınlar  üçün)  sərf

               etməsinə  görədir.  Əməlisaleh  qadınlar  (ərlərinə)  itaət  edib
               Allahın  himayəsi  sayəsində  gizli  şeyləri  (ərlərinin  sirlərini,
               maldövlətini,namus və şərəfini) qoruyub, saxlayırlar..." (surə

               4,  ayə  34).  Bununla  qadın  və  digər  ailə  üzvlərinin  haqları
               tapdalanmır,  sadəcə,  hərənin  özünəməxsus,  özünəlaiq
               davranış həddi var. Allah-Təala kişi ilə qadına çox gözəl tərif
               verir:

                 "Onlar  (qadınlar)  sizin,  siz  də  onların  libasısınız.  (Bir-
                 birinizə həddindən artıq yaxınsınız)" (surə 2,ayə 187). Kişi
                 fiziki və emosional cəhətdən daha güclü olduğundan ailəsinə

                 arxa  olub,çətinliklərini  həll  etməlidir.  Qadın  isə  ərinin
                 dostu,rahatlıq, sevgi mənbəyi olmalıdır. Bir sözlə, bir-birinin
                 libası  olub,  bir-birini  isitməli,  qorumalı,  bəzəməli,  şəxsi
                 şeylərini  başqalarının  gözündən  gizlətməlidirlər.  Bəzi

                 qadınlar "kişi" olub ərlərinə başçılıq edirlər. Lakin bununla
                 öncə özlərinə çətinlik yaratdıqlarını bilmirlər.
   44   45   46   47   48   49   50   51   52   53   54