Page 54 - Islamic Studies 03
P. 54
İslamda Ailə./ (53
“Əri çağırdığı halda yatağa gəlməyən qadına mələklər
sabaha qədər lənət edər.” [Buxari]
“İcazəsiz evdən çıxan qadına əri razı olana qədər günəşin və
ayın doğduğu hər şey lənət edər.” [Deyləmi]“Qadın ərindən
icazəsiz [ana, ata, bacı, qardaşı xaric] heç kimi evinə qəbul
edə bilməz, nafilə namaz qıla bilməz.” [ Tabərani]
“Qadınlarınıza bəzəkli geyinməyi qadağa edin! Bəni İsrail
qadınları bəzəkli geyinib məscidə qürurlanaraq getdikləri
üçün lənətlənmişdirlər.” [İbni Macə]
“Əri razı olana qədər qadının namazları və yaxşılıqlarının
heç biri qəbul olmaz.”[Tabərani]“Qadının namazları qəbul
olmaz” demək, namaz borcunu ödəmiş olar, lakin namaz
qılmaqla meydana gələcək böyük savaba nail ola bilməz
deməkdir. Namazı hədər gedər demək deyildir.Bir qadından
əri razı olmazsa, qadın günahının cəzasını çəkdikdən sonra
Cənnətə girər.Cənnətə sadəcə kafirlər girməz.
Müsəlmanın günahı çox olsa da axırda mütləq Cənnətə girər.
Ər, arvad yaxşı dolanıb, bir-birilərinin rızalarını almağa
çalışmalıdır.