Page 48 - Islamic Studies 03
P. 48

İslamda Ailə./ (47


                 təhqiramiz  təsəvvürə  malik  olmaq  kişinin  özünü  üstün
                 sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi tə`sir

                 göstərir.Nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmamış
                 və  kişi  qadını  özü  ilə  bərabər  mövcud  saymır,  ailə

                 münasibətləri  tənzimlənməyəcək.  Bu  sayaq  düşüncə  tərzi
                 ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı

                 ən  zəruri  addımdır.  Yalnız  bu  yolla  Allahın  və`d  etdiyi
                 mərhəmət və sevgiyə nail olmaq mümkündür.

                     Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə
                 əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar

                 aram  bir  həyat  sürəcəkdir.  Bu  o  demək  deyil  ki,  ailədə  iş
                 bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə

                 uyğun  məs`uliyyət  daşımasın.  Uyğun  düşüncə  tərzi  kişinin
                 ailədə    müdiriyyət      məs`uliyyətini      azaltmır.    Növbəti
                 söhbətlərimizdə  ailədə  iş  bölgüsü  haqqında  danışacağıq.

                 Hələ ki, diqqət əsas məsələyə yönəldilməlidir:

                     Qadınla  kişi  arasında  rabitənin  əsasını  anlaşma,  təvazö,
                 qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir.

                 Aydın  məsələdir  ki,  yoldaşlıq  və  dostluq  münasibətlərində
                 bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün

                 deyil.  Dostluq  varsa,  tərəflər  arasında  qarşılıqlı  ehtiram  da
                 var.
   43   44   45   46   47   48   49   50   51   52   53