Page 56 - Islamic Studies 03
P. 56
İslamda Ailə./ (55
Ər- arvadlıq vəzifələri ilə tanışlıq zərurəti
Gənc zövcələr bilməlidirlər ki, ailə də ictimai bir təşkilat
kimi nəzərdə tutulmuş məqsədlərə doğru hansısa bir üsulla
hərəkət etməlidir. Gənc ailə bu üsulu bilməli və öz
vəzifələrini yerinə yetirməlidir. Bə`zi gənclər öncə hazırlıq
olmadan, vəzifə və hüquqlarını bilmədən ailə qururlar.
Onların nəzərində ailə təşkili sadə bir məsələdir. Amma belə
bir münasibət ailə həyatının ilk aylarında ortaya ciddi
problemlər çıxarır.
Ailələrdə yanlış üsullar və adətlər hökm sürdüyündən
gənc ailənin öz vəzifə və hüquqları ilə tanışlığı, eləcə də, bu
sahədə ehtiyac duyulan biliklərə yiyələnməsi zəruridir.
Adətən, hər bir ailədə xüsusi bir qayda-qanun hökm sürür və
xüsusi bir ideala üz tutulur. Təbii ki, bu sayaq ailələrdə
övladlar da həmin üsul əsasında tərbiyə olunur. Övladlar
tərbiyə aldıqları ailənin adət-ən`ənələrinə üz tutur, həmin
qayda-qanunlar əsasında rəftar etməyə çalışır. Bə`zi ailələrdə
kişilərin, bə`zi ailələrdə isə qadınların idarəçiliyinə təsadüf
olunur. Övlad da şəxsi ailə həyatında tərbiyə aldığı ailənin
bu prinsipinə üstünlük verir. Məsələn, əgər ailədə ata-ana
qarşılıqlı hörmət əvəzinə dartışmalarla dolu bir fəzada ömür
sürürsə və ya birbirlərindən yersiz tələblər edirsə, övlad da
öz şəxsi həyatında bu yanlış üsullara əl atasıdır.