Page 53 - Islamic Studies 03
P. 53
52) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Allahu təalanın haqqına riayət etməmiş olar.” [Şira] Qadın
ərini incitməməlidir.
Bir gün Həzrəti-Fatimə ağlayaraq atasının yanına
gəldi. Rəsulullah əfəndimiz buyurdu ki: -Ya Fatimə,
nə üçün ağlayırsan?
İstəməyərək söylədiyim bir sözdən Əli mənə hirsləndi. Üzr
istədim. Ancaq onu incitdiyim üçün ağlayıram.
-Qızım bilmirsənmi ki, Allahu təalanın rızası ərin rızasından
asılıdır.
Nə xoşbəxtdir o qadın ki, həmişə ərinin rızasını qazanmağa
çalışar, əri ondan razı olar. Qadınlar üçün ən üstün ibadət,
ərinə itaət etməkdir. Kişi xanımından razı olduqda, o qadın
istədiyi qapıdan Cənnətə girməyə haqq qazanar. Ərini
incidən qadın onu razı edənə qədər Allahu təalanın lənətində
olar. [ R.Nasihin]
Ər haqqına riayət etmək qadına cihad etmiş kimi savab
qazandırır. Hədisişəriflərdə buyuruldu ki:
“Ər haqqına riayət, Allah yolunda cihad etmək kimidir.”
[Tabərani] “Qadın ərindən icazəsiz olaraq nafilə oruc tuta
bilməz. Əgər tutarsa ac və susuz qalmış olar, savab
qazanmaz. Ərindən icazəsiz evindən çölə çıxa bilməz.
Çıxarsa, göydəki mələklər geri, evinə qayıdana qədər ona
lənət edər.” [Tabərani]
“Bir kişi ehtiyacı olduğu üçün xanımını çağırsa, qadın təndir
başında olsa da, dərhal ehtiyacına cavab versın!” [Tirmizi]