Page 57 - Islamic Studies 03
P. 57

56) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                     İzdivac  astanasında  olan  gənclər  üçün  həyat  yoldaşının

                 vəzifə  və  hüquqları,  ailə  həyatının  qayda-qanunları  ilə

                 tanışlıqdan vacib iş yoxdur.
                 Cəmiyyətimizdə  bu  mövzunun  nə  dərəcədə  əhəmiyyətli
                 olduğu heç də hamıya aydın deyil. Hələ ki izdivacdan öncə

                 zəruri biliklərə yiyələnmək ən`ənəsi öz yerini tapmamışdır.

                 Zövcələr  ailə  təşkilindən  öncə  xüsusi  dərnəklərdə  faydalı
                 kitabların  mütaliəsi,  mütəxəssislərin  nəzərləri  ilə  tanışlıq
                 vasitəsi  ilə  zəruri  biliklər  əldə  etməlidir. İlkin  biliklər  əldə

                 etməklə  yeni  yaranmış  ailədə  qarşıya  çıxacaq  bir  çox
                 problemlərin qarşısını almaq olar.




                 Qadın və kişinin ailədəki vəzifələri


                 Ailə səadəti ailənin hər bir üzvündən eyni dərəcədə asılıdır.
                 Hər  bir  ailə  üzvü  öhdəsinə  düşən  vəzifəni  yerinə  yetirsə,

                 ailədəki  tarazlıq  pozulmaz.  Ailədə  qadının  vəzifəsi  ayrı,
                 kişinin vəzifəsi ayrıdır. Uşaqlar isə müəyyən yaşa qədər ata-

                 anaya  tabedirlər.Ər-arvad  qarşılıqlı  olaraq  bir-birinin
                 haqlarına  hörmət  etməlidir.  Quranda  bu  haqda  belə
                 buyurulmuşdur:“(Kişilərin  qadınlar)  üzərində  hüquqları

                 olduğu  kimi,  (qadınların  da)  onlar  (kişilər)  üzərində

                 hüquqları vardır.” ( Bəqərə, 2/228)  Peyğəmbərimiz (s) bu
                 haqları qısaca belə bəyan etmişdir:
   52   53   54   55   56   57   58   59   60   61   62