Page 58 - Islamic Studies 03
P. 58
İslamda Ailə./ (57
“Sizin qadınlar üzərində haqqınız, onların da sizin üzərinizdə
haqları vardır. Sizin qadınlar üzərindəki haqqınız, yatağınıza
başqa birisini salmamaları və sizin xoşunuza gəlməyən
insanların evinizə gəlməyinə icazə verməmələridir. Diqqət
edin! Onların sizin üzərinizdəki haqları: onları məşru şəkildə
1
hər cür geyim və qida ilə təmin etməkdir.”
Deməli, dinimizə görə ailə qurmaqla ər-arvad öz vəzifələrini
yerinə yetirmiş sayılmır. Bu ailənin davamı və xoşbəxtliyi
üçün hər kəs üzərinə düşən vəzifəni bilməli və yerinə
yetirməlidir.
Başqalarına yük olmağı əsla sevməyən Rəsulullah (s),
eyni şəkildə ailə fərdlərinə də yük olmamış və öz üzərinə
düşən işləri özü görmüşdür. Qızı Fatimə (r.a) ilə kürəkəni
Əli (r.ə) arasında da ev işlərini bölmüşdü. Bu bölgüdə həzrət
Fatiməyə xəmir yoğurmaq, çörək bişirmək, evin
süpürülməsi, sərgilərə qulluq, su daşımaq kimi evin daxili
işləri düşmüş, həzrət Əliyə isə çöl işləri düşmüşdü. (İbn
Qayyim əl-Cövziyyə, Zadul-məad fi hədyi xayril-ibad, V,
186)
- Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56; Tirmizi, Rada, 11 1