Page 59 - Islamic Studies 03
P. 59
58) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Kişinin vəzifəsi
İslamda ailə üzvlərinin maddi ehtiyaclarını (yemək, geyim,
ev, müalicə və s.) ödəmək, tərbiyə, təhsil vermək və
qayğılarına qalmaq vəzifəsi kişilərə aiddir. Hədislərdə buna
əlavə olaraq “qadının başına qaxınc etməmək, pis sözlərlə
təhqir etməmək, danlamamaq, evini tərk etməmək” kimi
kişilərə aid başqa tələblər də bildirilmişdir.
Qadının vəzifəsi
Qadın ərinə qarşı aşağıdakı vəzifələrlə mükəlləfdir: ərinə
xəyanət etməmək, əri arzu etdiyi zaman onunla birgə olmaq,
ərinin razı olmadığı bir adamı evə buraxmamaq, icazəsi
olmadan evdən bir şey verməmək, məşru (qəbul olunan)
əmrlərə itaət etmək.Xoşbəxt bir ailə mühitində həyat
yoldaşlarının bir-birinin haqlarına riayət etməsi ilə bərabər
digər ailə fərdlərinin də haqlarına riayət edilməsi və ailədə
hər kəsin bir-birinə qarşı sevgi və hörmətlə münasibət
göstərməsi böyük əhəmiyyət kəsb edir.