Page 67 - Islamic Studies 03
P. 67
66) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
çətinliklə mümkündü; Zaman keçdikcə bu kişi yaşayışından
soyuyar, ruhi cəhətdən yorular və bəlkə də bu soyuqluq
davamlı olsa, evlənməyinə görə də peşiman olacaq.
Həyat yoldaşlarının bir-birini qısqanmalarının dərəcəsi
Bir kişinin xanımını qısqanması həm fitri baxımdan
normaldır, həm də dinin tələbidir. Çünki ailə üzvlərinin şərəf
və namuslarının qorunması ailə başçısının ən əsas
vəzifələrindən biridir və qısqanclıq burada mühüm rol
oynayır.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində
belə buyurur: “İnsanın
(ailəsini) qısqanması imandandır. Qısqanmaması isə nifaq
1
əlamətidir”.
Bəzən qadın da həyat yoldaşını qısqana bilər ki, bu da
normal davranışdır. Həzrət Əlinin (radiyallahu anh) rəvayət
etdiyi bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm):
“Yol verilən həddə ərini qısqanan qadın Allah yolunda cihad
etmiş kimidir. Ona bir şəhid mükafatı vardır”,–
buyurmuşdu.( Əli əl-Müttəqi, “Kənzülummal”, 4/4415 )
Qısqanclıq əsassız qorxudan yaranmamalı, adi,
əhəmiyyətsiz şeylərə, kiçik hallara baxıb qarşı tərəfin nədəsə
ittiham edilməsinə səbəb olmamalı və ailə həyatını hər iki
tərəf üçün yaşanmaz hala gətirməməlidir. Ortada heç bir
- Beyhaqi, “Şüabul-iman”, 7/411 1