Page 68 - Islamic Studies 03
P. 68
İslamda Ailə./ (67
səbəb və dəlil olmadığı halda, ərlə arvadın bir-birinə şübhə
ilə yanaşması, qısqanması onların bir-birinə olan güvənc və
etibarlarına xələl gətirir, eyni zamanda ailədə sağlam ab-
havanı zədələyir. Bu cür davranış tərzi Qurani-Kərimdə də
qadağan olunmuş sui-zən anlamına gəlir. Heç bir dəlilə,
sübuta əsaslanmadan kiminsə bir başqasını nədəsə
günahlandırmağa haqqı yoxdur. Bəli, kişi arvadını
qısqanmalıdır, ancaq bu qısqanclıq sağlam düşüncə, ağıl və
məntiqdən kənara çıxaraq yersiz fikirlərə, əsassız
narahatçılıqlara qapı açmamalıdır.
Digər tərəfdən qısqanclıq daxili duyğudur və müxtəlif
davranışlar şəklində təzahür edə bilir. Lakin bu zaman
tərəflər bir-biri ilə xoşrəftar etməli və aradakı səmimiyyət
qorunmalıdır. Bu səbəbdən də arvadını qısqanan kişi hər
şeydən öncə onun geyim-keciminə fikir verməlidir. Digər
tərəfdən də çalışmalıdır ki, həyat yoldaşı mümkün qədər yad
kişilərlə bir arada olmasın. Qadın da ərinin bu məsələyə
həssasiyyətini daim nəzərində saxlamalıdır. Buna görə
danışığına, geyim-keciminə, hərəkət və davranışlarına diqqət
etməli, cəlbedici ətirlər vuraraq naməhrəm kişiləri təhrik
etməməlidir. Qadın yalnız öz həyat yoldaşı üçün
bəzənibdüzənməlidir.
Həzrət Əli (e/s) qadınlarını qısqanmayan bir bölgə
camaatına bu şəkildə xəbərdarlıq etmişdi: “Eşitdiyimə görə,
qadınlarınız bazar-dükana tək çıxır, yad kişilərin arasında