Page 65 - Islamic Studies 03
P. 65

64) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                 gözlərini bağlayır, o əsnada o bir otaqdan “Baba öldü!” deyə

                 bir fəryad qopur.

                 Babamla nənəm arasında belə bir bağlılıq vardı.
                    Bir  gün  bir  məsələyə  görə  atam  anama  əsəbiləşmişdi.
                 Həyatımda  bəlkə,  bircə  dəfə  atamın  bu  halına  şahid

                 olmuşam. Nənəm də orada idi. Atam qaşlarını çatıb anamın

                 üstünə  getdi.  Lakin  anam  qayınanasının  qəlbinə  elə  yol
                 tapmışdı  ki,  dərhal  nənəm  araya  girib  atama  belə  dedi:
                 “Kənara  çəkil!  Ona  əl  vursan,  sənə  südümü  və  əməyimi

                 haram  edərəm”.Bizim  milli-mənəvi  dəyərlərimizə  görə  ər-

                 arvad  bir-birinə  əmanətdir.  Hər  iki  tərəf  də  bunun  dərk
                 etməlidir. Bu isə yaxşı tərbiyədən asılıdır. Bu gün bu tərbiyə
                 nə ailədə, nə də məktəbdə verilir. Bu səbəblə bəzi cavanlar

                 evliliyin mahiyyətini qavramadan ailə qururlar. Məhz buna
                 görə də insanların ailə, evlilik mövzusunda oxuyub sertifikat

                 alması  şərtdir.  Yəni  gənclər  evlənmədən  öncə  evliliyin  nə
                 olduğunu,  tərəflərin  məsuliyyətinin  nə  olacağı,  qarşılaşılan

                 problemlərin  necə  həll  oluncağı  haqqında  seminar  və  kurs
                 keçmədən ailə qurmamalıdır. Çünki bu haqda nə ailədə, nə

                 cəmiyyətdə,  nə  kütləvi  informasiya  vasitələrində  düzgün
                 marifləndirici məlumat var. Bütün problemlərin əsas səbəbi

                 cəhalət, bilgisizlikdir.
   60   61   62   63   64   65   66   67   68   69   70