Page 72 - Islamic Studies 03
P. 72

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini-


                              fəlsəfi fikirlərin formalaşması





                 Kəmalə Mahm    u dova 1


               Abstrakt
               Dini- teoloji nöqteyi- nəzərdən aləmin yaradanı və idarə edəni
               bir  olan  Allah  qəbul  edilir.  İlahi  dinlərin  təlimi  monoteist

               prinsipə  əsaslanaraq  peyğəmbərlər  vasitəsilə  insanlara
               çatdırılır.    Peyğəmbərlik       islam      əqidəsində      üsuliddin
               məsələlərindən biridir ki, bütün ilahi dinlərdə qeydsiz- şərtsiz

               qəbul  olunur.  Bu  zəmində  yazılmış  hazırkı  məqalənin  ana
               mövzusu  xristianlıq  dini  təliminin  mahiyyəti  və  onun
               keşməkeşli  yoluna  həsr  olunub.  Xristianlıq  dini  ilə  bağlı  bir

               sıra  məsələlərə  məqalənin  həcminə  uyğun  şəkildə  aydınlıq
               gətirilməyə  çalışılıb.  Bundan  əlavə  o  dövrün    xristian  dini-
               fəlsəfi düşüncələri qısa da olsa açıqlanıb.


               Açar sözlər
                Xristianlıq,  üç  uqnum,  İsa  Məsih,  monoteizm,  İncil,  Ruhul-

               qüds, kilsə, renessans, fəlsəfə




                 - İslam araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları İnstitutu, Əl-Mustafa  1
                                                      Beynəlxalq Virtual Universiteti, Qum, İran
   67   68   69   70   71   72   73   74   75   76   77