Page 69 - Islamic Studies 03
P. 69
68) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
gəzirlər. Sizdə heç qısqanclıq hissi yoxdur bəyəm? Bir şeyi
yadda saxlayın ki, qısqanmayan insanda xeyir yoxdur.
Qısqanclıq iki cürdür. Birincisi gözəl qısqanclıqdır ki, insan
bu yolla ailə üzvlərini islah edərək pis yollara düşmələrinin
qarşısını alır. İkincisi isə pis qısqanclıqdır ki, insanı
Cəhənnəmlik edir” (Əli əl-Müttəqi, “Kənzül-ummal”, 3/780
(8735-8736); M.
Yusif Qandəhləvi, “Həyatüs-sahabə”, 3/330.)
İslam fiqhinə görə, kişi ana-atanı ziyarət etmək, yaxud
dini elmləri öyrənmək kimi bir qisim zəruri hallardan başqa
həyat yoldaşının bayıra çıxmasına məhdudiyyət qoya bilər.
Ancaq tərəflər bu məsələdə çox diqqətli olmalı, bir-birinə
qarşı kobud, sərt davranmaqdan çəkinməlidirlər. Bütün
bunlarla yanaşı, müasir dövrün şərtlərini də nəzərə almaq,
onlara uyğun hərəkət etmək lazımdır. İnanırıq ki, islami
hökmlərə riayət edən, ikitərəfli etimad və saf sevgi ilə
yaşayan ailələr qısqanclıqdan əziyyət çəkməyəcək, çünki
qısqanclığın özünə yer etdiyi ailələrdə qarşılıqlı etimadın
sarsıldığını söyləmək mümkündür. Bu cür ailələrdə hər bir
hərəkət söz-söhbətə səbəb olur və ailə həyatı tədricən
yaşanmaz hala gəlir. Ona görə də qısqanclığın ağır bir
problemə çevrilməməsinin əsas şərti Quran və Sünnənin
əmrlərinə tabe olmaq və ərlə arvad arasında sevgi və
qarşılıqlı etimada əsaslanan həyat tərzi formalaşdırmaqdır.