Page 63 - Islamic Studies 03
P. 63
62) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz.
Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad
arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu
müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə
qeydsiz-şərtsiz təslim olan peyğəmbər və ilahi övliyalar
arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın
bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün
deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması
təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi təsiri
altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə
uğratmamalıdır.
Ailədə nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi
geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən
tündlük göstərməkdən, dad fəryad etməkdən çəkinməkdədir.
Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb
həll edilməsinin, aradan qaldırılmasının yolları barədə
fikirləşməlidirlər.
Xarakterimiz düz gəlmir
Bu gün ailə fərdləri arasında ən çox müzakirə olunan
məsələlərdən biri də “Xarakterimiz düz gəlmir” söhbətidir.
İnsan qərar verib evləndikdən sonra fədakarlıq edib bu
evliliyi davam etdirməlidir. Bir tərəf od olanda, digər tərəf
su olub onu söndürməlidir. Cütlər bir-birinin həssas
nöqtələrinə toxunmamalıdırlar.