Page 62 - Islamic Studies 03
P. 62

İslamda Ailə./ (61


                 mühitdən  təcrid  olunub,  “süküta”  girirlər,  beynin  aktivliyi
                 minimuma  enir, kişi  sadəcə  olaraq, keyləşir  və  öz  aləminə
                 girir…  Bu,  reinkarnasiya  adlanıb,  kişinin  “sıfırlanıb”,
                 yenidən qurulması deməkdir. Yalnız bundan sonra, kişi yeni

                 enerji ilə problemlərin həllinə başlayır.
                 Ona  görə,  əziz  xanımlar,  əgər  tərəf  müqabiliniz  bu

                 vəziyyətdədirsə, onun
                 sakitliyini təmin edin! Bu, belə situasiyalarda sizin etdiyiniz
                 ən yaxşı kömək olacaq!
                 Kişi qadının dayağıdır! Qadın emosional cəhətdən kişidən nə

                 qədər  güclü  olsa  belə,  yenə  də  başını  qoymağa  güclü  kişi
                 çiyni axtarır. Və bu güclü çiyin yalnız fiziki deyil, həm də
                 emosional cəhətdən də qadını qorumalıdır. Çünki yalnız kişi

                 qadının emosional vəziyyətini sakitləşdirmək iqtidarındadır.
                 Və  yalnız  qadının  emosional  oyanıqlığını  qəbul  edən  kişi
                 onu sakitləşdirə bilər…



                Ər-arvad arasında ixtilafın mənşəyi

                 Qeyd  etmək  lazımdır  ki,  ər  arvad  arasındakı  narazılıq  və

                 ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş
                 verir.  Təkcə  qadın  və  ya  kişinin  müqəssir  sayılaraq

                 qınanması  düzgün  deyildir.  İxtilafların  mənşəyi  xudbinlik,
                 öz  sözünü  yeritmək  və  geniş  ürəyin  olmamasıdır.  Belə  ki,

                 əgər  cəmiyyət  geniş  ürəyə  malik  olub  xudbinliyi  özündən
                 kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular.
   57   58   59   60   61   62   63   64   65   66   67