Page 73 - Islamic Studies 03
P. 73
72) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Giriş
Dini dünyagörüşün tarixi və insan zehniyyətində ilk dini
təsəvvürlərin meydana gəlməsi ibtidai dövrlərə təsadüf edir.
Dinə meylliliyin səbəbini araşdıran tədqiqatçı alimlər bir sıra
nəzəriyyələr irəli sürmüşlər ki, bu nəzəriyyələrin əsas motivi
ibtidai dövrün həyat tərzi ilə ölçülür. Belə ki, sivilizasiyanın
yoxluğu və elmsizlikdən dolayı ibtidai insanların həyat və onu
əhatə edən ətraf aləm haqqında təsəvvürləri zəif idi. Və belə
yaşam tərzində qarşıya çıxan müxtəlif motivli hadisələri izah
etməyə çalışa- çalışa dinə meyllik yaranmış, habelə mifoloji
təsəvvürlər formalaşmışdır.
Quldarlıq dövrü ilkin fəlsəfi təfəkkürün meydana gəlməsi ilə
xarakterizə olunur. İnsan cəmiyyətinin dəyişməsi ilə
proseslərdə bir sıra suallar əmələ gəlirdi ki, buna da “antik
fəlsəfə” deyilən fəlsəfi sistem cavab verirdi. Fəlsəfə tarixi
kitablarında “fəlsəfə” sözü “filo”- hikmət, “sofiya”- sevirəm
kimi izah olunur. O dövrün bir çox elmlərini özündə ehtiva
edən fəlsəfə uzun bir yol keçərək bu günümüzə qədər gəlib
çıxmışdır. Beləliklə, dini- fəlsəfi görüşlərin ifadəsi müxtəlif
cizgilərdə təşəkkül taparaq zaman- zaman dəyişmiş, insan
təfəkkürünün güzgüsü olmuşdur.
Orta əsrlər məfkurəsi özünəməxsus çalarları iıə seçilir. Bu,
istər Qərb, istərsə də Şərq tairixində dini- fəlsəfi görüşlərin
formalaşması ilə özünü büruzə verir. Qədim dinlərdən fərqli
olaraq istər xristian, istərsə də islam dini səmavi dinlərdən
olmaqla monoteist dinlər sırasına daxildir. Bir- birindən fərqli
inkişaf dinamikası, düşüncələrə, ictimai- siyasi, elmi- fəlsəfi
müstəvidə təsir baxımından xristianlıq dini islam dinindən