Page 74 - Islamic Studies 03
P. 74

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (73


               fərqli yol keçmişdir.Bu məqalədə xristianlıq dininin meydana
               gəlməsi,  tarixi-  ictimai  şərait  təhlil  olunmuş,  Avropada
               trayektoriyası  izlənilmiş,  dini-  fəlsəfi  görüşlərin  formalaşma

               prosesi səciyyələndirilmişdir.

               Orta əsrlərdə xristianlıq təliminin mahiyyəti Risalət

               İslami  rəvayətlərə  əsasən  yer  üzünə  yüz  iyirmi  dörd  min
               peyğəmbər  göndərilmiş  və  onlardan  Adəm  (ə.)  ilk,  Həzrət
               Muhəmmdəd (s.) isə sonuncu peyğəmbər hesab olunur. İslami
               əqidəyə görə beş ulul-  əzm peyğəmbər  var  ki, bu da onların

               yeni  şəriət  və  kitab  gətirmələri  ilə  izah  olunur.  Bu
               peyğəmbərlər Nuh,  İbrahim, Musa, İsa  və  Muhəmməd  (s.) –
               dır. Eyni zamanda bu peyğəmbərlər digərlərindən daha güclü

               əzmə malik olmaları ilə seçilir.
               “ Və onda ki, peyğəmbərlərdən əhd və peyman alldıq, səndən
               və  Nuhdan  və  İbrahim,  Musa  və  İsəibni  Məryəm  və  onların

               hamısından möhkəm əhd peyman aldıq.”
                                                             1
               Bütün      peyğəmbərlər       insanları    təkallahlığa,     şirk   və
               bütpərəstlikdən uzaq olmağa çağışmışlar.

               “ Biz hər ümmətə rəsul məbus etdik ki, Allaha sitayiş etsinlər
               və bütdən uzaqlaşsınlar. Allah bir parasını hidayət etdi və bir
               parasını azğın etdi.Bəs yer üzündə gəzib dolanın və baxın ki,

               rəsullara yalan yaxanların sonu hara çatıbdır.”
                                                                   2
               Peyğəmbərlər eyni zamanda cəmiyyətdə haqq- ədalətin bərpası
               və mövcud olması üçün fitnəkarlara qarşı mübarizə aparırdılar.


                                                         Bax Qurani Kərim, Əhzab surəsi,7  1
                                                               Eyni mənbə, Nəhl surəsi, 36 2
   69   70   71   72   73   74   75   76   77   78   79