Page 89 - Islamic Studies 03
P. 89
88) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
fərman bütün müsadirə edilmiş əmlakın kilsəyə qaytarılmasını
və ya əvəzini verilməsini nəzərdə tuturdu. Artıq zülm və
təqiblər arxada qaldı. Milan fərmanı xristianlıq tarixinə yeni
dövr açdı.”
1
Hüseyn Tofiqi:” Xristian dini təxminən 300 ilə yaxın əzab-
əziyyətlərə qatlaşıb bu yolda şəhidlər vermişdir. Bu dinin
təməli məhz həmin 300 il ərzində qoyuldu və müxtəlif
millətlərin xristian dininə dəvət edilməsi bir sıra
müvəffəqiyyətlərlə nəticələndi. Roma İmperiyası ərazilərində
xristianların sayca çoxalması nəticəsində miladi təqvimi ilə 4-
cü əsrin birinci yarısında xristian dini orada rəsmi din olaraq
qəbul edildi. Həmçinin təbliğ nəticəsində bu din həmin dövrdə
dünyanın bir çox ölkələrinə doğru genişləndirilmişdir.Əlbəttə,
bu arada hərbi yürüşlər və ölkələrin fəth edilməsi də təsirli
olmuşdur.”
2
Marksizm təhsilindən faydalanmış ateist tarixçi alim B.Y.
Ralen isə daha fərqli bir fikir izhar edirək yazır: “ Xristianlıq
formalaşmış bir dini məfkurə kimi feodolizm cəmiyyətinin
beşiyi başında durmuşdu. Roma imperiyası varlığının son
yüzilliklərində bu din, artıq, məzlumların dinindən hakim
quldarlar sinfinin əlində zəhmətkeş kütlələri əsarət altına
salmaq vasitəsinə çevrildi.
Xristian təbliğatı zəhmətkeşlərə mistiklik etiqadı aşılayırdı.
Həmin etiqada görə bu dünyada həyata keçməsi baş tutmayan
ədalət və xeyirxahlıq, yeni dinin bütün tərəfdarları üçün, axirət
səltənətində zəfər çalacaqdır. Bütün insanların allah qarşısında
Eyni mənbə, səh 222 1
Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 169 2