Page 84 - Islamic Studies 03
P. 84
Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (83
Tədqiqatçı alim Aydın Əlizadə yazır: “Onlar qədim
zamanlardan ölən və dirilən, oğullu- qızlı tanrılara inanırdılar.
Pavlus anlayırdıki,yəhudi xalqının dini və yəhudi peyğəmbəri
olan İsanın təlimi Romanın başqa xalqları arasında özünün
ilkin formasında yayıla bilməz. Məsələ bundadır ki, o xalqlar
qədim mədəniyyətə malik idilər və yəhudi ənənəsi və düşüncə
tərzi onlar tərəfindən qəbul edilə bilməzdi. Ona görə də
Pavlus, bu təlimdə olmayan bir çox yeni ideyalarla çıxış
etməyə başladı.Faktiki olaraq, o İsanın təlimini Yunan və
Roma düşüncə tərzinə və tarixi ənənəsinə uyğunlaşdırdı.Məhz
bu adam ilk dəfə olaraq İsanın ilahiləşdirilmiş obrazınıı
yaratmağa başlamışdı. Beləliklə də Pavlusun təbliğatında İsa
ölümündən sonra yenidən dirilən , günahları silən bir Tanrının
oğlu kimi təqdim edildi. Pavlusun fəaliyyətində diqqəti çəkən
başqa bir maraqlı məqam isə, onun yəhudi qanununa əməl
edilməsini vacib hesab etməməsi idi. Bu səbəblərə görə də heç
də İsanı deyil, elə Pavlusu xristianlığın yaradıcısı hesab etmək
olar. Məhz bu cür yenilikləri dinə gətirilməsinə görə Pavlusla
yəhudi isavilər arasında (İsanın ilk ardıcılları) arasında
ixtilaflar baş vermişdi. Amma, başqa tərəfdən , bütpərəst
romalılar ilahiləşdirilmiş və ölümündən sonra dirilmiş İsa
ideyasını daha yaxşı mənimsədilər. Çünki, romalılar arasında
buna oxşar inanclar geniş yayılmışdı.”
1
Göründüyü kimi Paulun xristianlığın Avropada yayılmasında
qazandığı uğuru onun qeyri- yəhudilərin yəhudi millətinə olan
Aydın Əlizadə, “ Xristianlıq. Tarix və fəlsəfə ( ilk çağlar), səh 11 1