Page 87 - Islamic Studies 03
P. 87

86) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               keşməkeşli  yol  keçərək    müxtəlif  hadisələrin  şahidi  olmuş

               xristianlıq  təlimi  bu  gün  demək  olar  dünya  coğrafiyasında
               geniş əhatə dairəsinə malikdir.
               Xristianlıq  zaman-zaman  müxtəlif    tədqiqatçılar  tərəfindən

               təhqiq  olunmuş,  keçdiyi  yol  araşdırılmış,  ictimai-siyasi
               proseslərdə  iştirakı  izlənilmişdir.  Tədqiqatçıların  bir  çoxu
               xristianlığı 4 dövrə bölür:

               1.Həvarilər       tərəfindən      yayılan      və     Qərb      Roma
               imperatorluğunun  yıxılmasına  qədər  davam  edən  dövr.
               Xristianlıq  bu dövrdə geniş yayılma sahəsi tapmışdır.

               2. V əsr- XVI əsrin əvvəllərinə qədər davam edən dövr. Şərq
               kilsəsinin  Qərb  kilsəsindən  ayrıldığı  dövrdə  xristıanlıq
               Avropanın şimal bölgəsində yayılmışdır.

               3. XVI və XVII əsrləri əhatə edən dövr xristianlıq üçün  çox
               əhəmiyyətli  olan  dövrdə  Protestantlıq  ortaya  çıxmış,  katolik
               məzhəbi ilə qarşıdurma nəticəsində Qərb kilsəsi bölünmüşdür.

               Cünki Roma Katolik kilsəsinin göstərdiyi xilas yəni, qurtuluş
               fikri o dövr xristianlarını razı salmırdı.
               4. XVIII əsrdən etibarən başlayan və xristianlığın qarışıqlıqlar
               içində  keçdiyi  bir  dövr  olaraq  bilinən  bu  dövrədə  xristianlıq

               üzərindəki münaqişələr kilsə xaricinə daşınmışdır.
               Xristianlığın Avropada təşəkkül tapıb yayılmasında dini- etnik,
               ictimai-siyasi proseslər durmasına artıq toxunmuşduq. Aşağıda

               bir sıra tədqiqatçı  alimlərin fikirlərini qeyd  edib  mövzumuza
               aydınlıq gətirməyə çalışacam.
               S.Əliyeva: “ Xristianlıq Roma imperiyasının şərq əyalətlərində

               yayılmış  messiya-  xilasolma  ideyalarının  yaradılması  ilə
               təşəkkül  tapmağa  başlayır.  Xristianlıq  sisteminin  mərkəzində
   82   83   84   85   86   87   88   89   90   91   92