Page 90 - Islamic Studies 03
P. 90

Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (89


               bərabər  olması  barədə  uydurma  ideya  ilə  xristianlıq  real
               varlıqda  nəzərə  çarpan  ictimai  ziddiyyətlər  uçurumunu  ört-
               basdır  etməyə  cəhd  göstərirdi.  Xristianlıq  “cəfakeşlərə  və

               məşəqqətdə olanlara” dini təsəlli verməklə istismar olunanların
               ictimai  etirazını  söndürməyə  çalışır,  onlara  çəkdikləri  əzab
               müqabilində “axirət dünyası”nda mükafat vəd edirdi. Özünün

               bu ictimai və ideoloji roluna görə xristianlıq quldarlıq quruluşu
               dağıldıqdan  sonra  da  yaşadı  və  feodolizm  cəmiyyətində  də
               zəhmətkeşləri mənəvi əsarət altına salmaq üçün mühüm vasitə
               olaraq qaldı.”
                              1
               Aydın  Əlizadə:  “IV  əsrin  əvvəllərində,  Roma  imperiyasında
               Xristianlığa,  əvvəlcə,  başqa  dinlərlə  bərabər  hüquqlar
               verilmişdi,  sonra  isə  bu  din  imperiyanın  rəsmi  dininə

               çevrilmişdir. Xristiianlığın dövlət dini səviyyəsinə qaldırılması
               imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi
               səbəblərə  görə  atmışdı.  Məsələ  bundadır  ki,  IV  əsrin

               əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı
               olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə
               xilas  olma  ideyaları  imperiyanın  ən  kasıb  təbəqələri  üçün

               cəzbedici  görsənirdi.  Digər  tərəfdən  isə,  hakimiyyətə  qarşı
               səbrli  olmaq  ideyaları,  onları  dövlət  başçılarına  qarşı  üsyan
               etmə  ehtimalının  qarşısını  alırdı.  Eyni  zamanda,  kilsə

               tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul
               etmək,  keşişlərə  tabe  olmaq  Xristianlığın  prinsiplərindən  idi.
               Bu cür din monarxiya üsul- idarəsi üçün çox əlverişli    idi.



                                                                 Orta əsrlər tarixi, səh 417 1
   85   86   87   88   89   90   91   92   93   94   95