Page 91 - Islamic Studies 03
P. 91

90) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə

               nail  olmaq  və  öz  kakimiyyətini  möhkəmləndirmək  üçün,
               xristian  faktorundan  istifadə  etməyə  başladı.  İlk  növbədə  o,
               313-  cü  ildə,  Xristianlığı  hüquqi  nöqteyi  nəzərdən,  başqa

               dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.”
                                                                                  1
               Beləliklə, xristianlıq artıq Avropada cücərib pöhrələnmək üçün
               özünəməxsus  yol  tapdı.Zaman-zaman  sərhədləri  aşaraq

               ölkədən- ölkəyə sıçrayan xristianlıq etiqadı təbliğ olunaraq bu
               günümüzə qədər gəlib çıxdı.
               Tədqiqatçı Hüseyn Tofiqi haqlı olaraq yazır : “ Yəhudilik və

               bəzi  başqa  dinlər  öz  dinlərini  təbliğ  etmir,  ardıcıllarının
               çoxluğunu özləri  üçün  bir  imtiyaz  saymırlar. Lakin  İslam və
               Xristian dinləri təbliğ məsələsinə xüsusi əhəmiyyət verirlər.

               Qədim  dövrlərdən  etibarən  xristianların  təbliğ  heyətləri
               dünyanın müxtəlif ölkələrinə getmiş və bu dini dünyanın hər
               tərəfinə  çatdırmışlar.  Bundan  əlavə,  son  əsrlərdə  qərb

               mədəniyyətinin  çiçəklənməsi,  həmçinin  istismar  və  mədəni
               başlıqlar  nəticəsində  Xristian  dini  şərq  dünyasında  da
               genişlənmişdir.”
                                  2
               Tədqiqatçı  S.  Şahhüseynova  xristianların  ibadət  etmələri

               mövzusunda  maraqlı  faktlara  toxunur  :  “Uzun  müddət
               xristianların  ibadət  üçün    xüsusi  binaları  olmadığından  onlar
               dua  etməyə  müxtəlif  yerlərə  gedir,  çox  vaxt  da  varlı

               xristianların  evlərində  yığışmalı  olurdular.Bəzən  bu  məqsədə
               boşalmış  anbarlar  və  ya  sənətkar  emalatxanaları  da  xidmət
               edirdi. Yer olmadıqda xristianlar açıq səma altında da ibadət



                               Aydın Əlizadə, “ Xristianlıq. Tarix və fəlsəfə ( ilk çağlar)”, səh 68 1
                                              Hüseyn Tofiqi, “ Böyük dinlərlə tanışlıq”, səh 170 2
   86   87   88   89   90   91   92   93   94   95   96