Page 93 - Islamic Studies 03
P. 93

92) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               oğulla bir mahiyyətə malik olması doktrinası tərəfdarları qalib

               gəlmişdilər.  Məhz  bu  cərəyan  dövlət  tərəfindən  tanınmış  və
               imperiyanın  rəsmi  Kilsəsini  təşkil  etmişdi.  Bütpərəstlərlə
               birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan

               olunmuş,  onların  tərəfdarları  isə  təqiblərə  məruz  qalmışdılar.
               Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası
               da  yaranmaqda  idi.  Dini  ehkamların  sabitləşməsi,  onların

               fəlsəfi əsaslarının işlənməsi, sistemləşdirilməsi işi imperiyanın
               həm Şərqində, həm də Qərbində gedirdi.”
                                                              1


               Kilsə
               Xristianlıqdan söhbət getdiyi zaman kilsədən danışmamaq bu
               dinin ardıcıllarına qarşı məncə ədalətsizlik olardı. Axı təşəkkül

               tapdığı  zamandan  bəri  mövcud  feodalizm  cəmiyyətində
               kilsənin ictimai rolu çox önəmlidir.
               Tarix yazır ki, cəmiyyətin hakim sinfi xristianlığın bütün orta

               əsrlər boyunca feodalizm quruluşunun şəraitinə uyğunlaşdırır,
               hər  cür  yolla  kilsəni  iqtisadi,  siyasi  və  ideya  baxımından
               qüvvətləndirməyə çalışırdı.
                                              2
               Bəs kilsə nədir və xristianlar üçün nəyi ifadə edir? Bu sualın

               cavabını yenə də tədqiqatçıların nəzərlərində  axtaraq.
               Xristianlığın  yalnız  kilsə  formasında  mövcud  olması-  onun
               əsas  xüsusiyyətlərindəndir.Artıq  bu  dövrdən  başlayaraq  kilsə

               xristian  dininin  mühüm  atributuna  çevrilmişdi.  Xristianlıqda
               bir  neçə  dini  ənənə  mövcuddur  ki,  bunların  da  hərəsinin  öz
               mərasim,  ayin  və  dini  simvolları  var.  Bunlardan,  Bizans



                                                                   Eyni mənbə, səh 73- 74 1
                                                                  Orta əsrlər tarixi,səh 417 2
   88   89   90   91   92   93   94   95   96   97   98