Page 92 - Islamic Studies 03
P. 92
Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (91
edirdilər. Əvvəllər xristianlar ibadət üçün sinaqoqlara da
gedirdi, yəhudilərlə münasibətləri korlandıqdan sonra isə bu da
mümkün olmadı. Konstantinin dövründə xristianlıq rəsmən
vahid dövlət dini olmasa da ona üstünlük verilirdi. Artıq
xristianların öz məbədləri var idi və onlar aşkar ibadət edə
bilirdi. Konstantin özü isə artıq ölüm yatağında ikən xaç
suyuna salındı.”
1
Göründüyü kimi inanclarında inadkar olan xristianlar öz
etiqadlarının qorunması və ayinlərini saxlamaq mövzusunda
xüsusi xidmətlər göstərmişlər. Bu barədə uyğun tarix
kitablarında fikirlərə rast gəlmək olur.
Aydın Əlizadə tarixi faktlara əsaslanaraq xristianlığın dövlət
dininə çevrilməsi prosesində yeganə maneəni imperator
Yulianusda (Julianus ) ( 361- 363) görür: “ O, bütpərəstliyi
dirçəltmək istəyirdi və bütün dinlərə bərabər hüquqların
verilməsinin tərəfdarı idi. Lakin Yulianus İranla savaş zamanı
həlak olmuşdu və onun ölümündən sonra Xristianlığın dövlət
dininə çevrilməsi prosesi məntiqi nəticəsinə çatmışdı.”
2
Aydın Əlizadə rəsmi xristian təliminin yaranması prosesini bu
cür izah edir: “ IV əsrdə Xristianlıq artıq bütpərəstlik üzərində
tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət
dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları arasında
gedən çəkişmələr zamanı Roma imperatorları müxtəlif
dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı
dəstəkləyirdilər. Lakin sonda Atanasiosun ardıcılları, Atanın
Kulturologiya, səh 222 1
Aydın Əlizadə, “ Xristianlıq. Tarix və fəlsəfə ( ilk çağıar)”, səh 73 2