Page 88 - Islamic Studies 03
P. 88
Xristianlıq təlimi və Qərb dünyagörüşündə dini …/ (87
İsa peyğəmbərin simasında allahın insan şəklində təzahür
etməsi əqidəsi başlıca yer tutur. Beləliklə, xristianlıq
bərabərhüquqlu din kimi tanınaraq bir qədər sonra dövlət
dininə çevrilir.
313 – cü ildə imperator Konstantin Mediolanda (indiki Milan
şəhəri) xristianlara azadlıq verən edikt imzaladı, 325- ci ildə
isə Nikeydə ilk ümumdünya kilsə məclisinin əsasını qoydu.”
1
S. Şahhüseynova: “Orta əsrlər mədəniyyətində mühüm
hadisələrdən biri, bəlkə də ən başlıcası xristianlığın yayılması
idi. I-II əsrlərdə İsa peyğəmbər haqqındakı rəvayətlər “İncil”
adı ilə (yunanca “yaxşı xəbərlər” ) yazılmağa başladı.
Xristianlıq IV əsrin ortalarınadək Romanın hakim dairələri
tərəfindən təqiblərə məruz qalmışdı.Bu zaman məbədlər
dağıdılır, din xadimləri və hətta sadə dindarlar həbs edilirdi.
Təqiblərin ilk dövründə Romanın hakim dairələri yəhudilərlə
xristianlar arasında fərqi nəzərə almırdılar. Çox keçmədi ki,
romalılar xristianları yəhudilərdən ayırmağı öyrəndilər və
xristianlıq nəinki milli dinlərə aid edilmədi, hətta təhlükəli
təriqət hesab edilməyə başladı. Roma allahlarına sitayişdən
imtina etdiklərinə görə xristianlara qarşı repressiyalar
başladı.Roma imperiyasında xristianlığın təqibi tarixi IV əsrin
əvvəllərinədək davam etdi. 313 –cü ilin yayında imperator
Konstantin və Lisini İtaliyanın Mediolanum ( indiki Milan)
şəhərində görüşərək xristianlığın digər dinlərlə bərabər hüquqa
malik olması haqda müştərək fərman imzaladılar. Bu tarixi
Kulturologiya, səh 214 1