Page 95 - Islamic Studies 03
P. 95

94) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               bir-  birindən  ayrılır, bəzən  isə barışırdılar. Nəhayət, iki kilsə

               arasında  “  Böyük  ayrılıq”    (  The  Great  Schizm)  adlanan
               sonuncu ayrılıq 1054- cü ildə baş verdi.
                                                            1
               Şübhəsiz,  məzhəb  ayrılıqları  və  parçalanmaların  çoxu  siyasi

               amillər nəticəsində baş verir. Lakin son ayrılıqda etiqadi  bir
               amil  mövcud  olmuşdur.  Katoliklər    (həmçinin  sonradan
               meydana gəlmiş Protestan məzhəbi) öz imanlarını izhar etmək

               hədəfi  ilə  Müqəddəs  Ruhun  Ata  Allah  və  Oğul  İsadan
               gəldiyini  bildirir  və  bu  barədə     “  və  Oğul”  (latın  dilində
               Filioque) ifadəsi işlədirlər. Lakin Ortodokslar  iman qanunun

               əsl  ifadəsilə  kifayətlənir  və  həmin  sözü  işlətmirlər.  Onların
               əqidəsinə görə, Müqəddəs Ruh yalnız Ata Allahdan gəlmişdir.
                                                                                     2
               Son  dövrlərdə  kilsələr  bir-  biriləri  arasında  vəhdət  yaratmaq

               məqsədilə  görüşlər keçirir, danışıqlar aparırlar.

                   Məzhəblər

               Tarix boyunca gəlib getmiş və indi də mövcud olan dinlərin
               müxtəlif  məzhəb  və  təriqətləri  olmuşdur.  Xristianlıq  da  belə
               dinlər sırasındadır. Yaranma tarixinə  və yaşına görə xristianlıq
               məzhəbləri  bir-  birindən  fərqlənir.Bəzisi  köhnə  və  qədimliyi

               və bəzisi isə nisbətən təzəliyi ilə tanınır. Ardıcıllarının sayında
               da fərqlilik nəzərə çarpır.
               Xristianlar məzhəb və təriqəti “ Kilsə” adlandırırlar. Xristian

               dinində üç böyük məzhəb və bir neçə kiçik təriqət mövcuddur.
               Katolik  və  Ortodoks  kimi  bəzi  məzhəblər  arasında  mövcud





                                                                     Eyni mənbə, səh 218 1
                                                                     Eyni mənbə, səh 218 2
   90   91   92   93   94   95   96   97   98   99   100