Page 105 - Islamic Studies 04
P. 105

104) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               nəzərə  alaraq,  Musa  peyğəmbərin  (ə)  möcüzələri  içərisindən
               sadəcə  bir  möcüzəsini  araşdıracağıq  və  həmin  möcüzə  də,
               qırmızı dənizin ikiyə ayrılmasından ibarətdir.
                 Əgər  bu  tarixi  hadisəyə  elmi  baxımından  yanaşsaq, görərik
               ki, Musa peyğəmbərin (ə) qırmızı dənizi ikiyə ayırıb, keçdiyi
               yer, coğrafi baxımından dağlıq ərazi olub. Ona görə də Musa
               (ə) və İsrail oğullarının Fironun əlindən qaçacağı yeganə yer,

               qırmızı dənizə tərəf idi. Quranda bütün bu deyilənlər haqqında
               kifayət qədər məlumatlar var. Alim və tədqiqatçılar Musanın
               (ə) İsrail oğulları ilə birgə Misirdən qaçış hadısəsinə aid olan
               ayələri  oxuduqdan  sonra,  inanılmaz  nəticələr  əldə  etdilər.
               Tədqiqatçılar  dənizin  ikiyə  bölünməsi  haqqında  inanılmaz
               nəticələr  ilə  qarşılaşdılar.  Belə  ki,  alimlərin  dənizin  ikiyə
               bölünməsi haqqında etdikləri tədqiqatlardan sonra əldə etdiyi
               nəticələr, Quran ayələrində deyilənlər ilə eyni və çox oxşar idi.
               Tədqiqatçılar  qırmızı  dənizin  ikiyə  bölünməsini,  eləcə  də
               Musa (ə) və İsrail oğullarının Firondan xilas olma hadisəsini
               elmi metodla sübut ediblər.
                 Tədqiqatçıların  əldə  etdiyi  nəticəyə  əsasən,  dənizin  ikiyə
               bölünməsi  üçün  saniyədə  30  metrlik  sürəti  olan  tufanın  baş
               verməsi lazım idi. Musa peyğəmbər (ə) də məhz həmin sürətli
               tufanın vasitəsi ilə dənizi ikiyə bölərək, misli görülməyən bir
               möcuzə  göstərdi.  Bir  çox  tədqiqatçıların  araşdırmalarına
               əsasən,  sürəti  çox  olan  tufanlar  dəniz  suyunu  ikiyə  bölmə
               gücünə malikdir.
                 Bunları  nəzərə  alanda,  belə  bir  nəticəyə  gəlmək  olur  ki,
               Qurandakı  bütün  hadisələr  real  hadisələrdir  və  həmin
               əhvalatların  heç  biri  uydurulmuş  deyil.  Yəni  dənizin  ikiyə
               ayrılma  hadisəsi  tarixdə  baş  vermiş  bir  hadisədir  və  hətta
               günümüzdəki alim və tədqiqatçılar həmin qeyri adi hadisələrin
               reallıq ilə uyğun olduğunu sübut ediblər.
   100   101   102   103   104   105   106   107   108   109   110