Page 136 - Islamic Studies 04
P. 136

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (135


                 Küləklərin  aşılama  təsiri  bu  şəkildə  həyata  keçir.  Dəniz  və
               okeanların  üzərində  köpüklənmə  ucbatından  hər  an  xeyli
               miqdarda  hava  qabarcıqları  əmələ  gəlir.  Bu  qabarcıqlar
               partladıqda  millimetrin  yüzdə  bir  hissəsi  diametrindəki
               yüzlərlə zərrəcik havaya atılır. Aerozol adlanan bu zərrəciklər
               küləklərin  sayəsində  qurudan  qalxan  tozla  qarışır  və
               atmosferin üst qatlarına köçürlər. Burada onlar bu zərrəciklərin
               ətrafına yığışan və su damcılarına dönərək qatılaşan su buxarı
               ilə toqquşurlar. Bunlar isə öz növbəsində birləşərək buludları
               əmələ gətirir və müəyyən bir müddətdən sonra yağış şəklində
               yerə düşürlər.
                 Gördüyümüz  kimi,  küləklər  havada  sərbəst  halda  olan  su
               buxarını  və  dənizin  üzərindən  gələn  zərrəcikləri  soyudur.
               Yağış buludlarının əmələ gəlməsi bu yolla təmin edilir.
                 Əgər  küləklərdə  bu  xüsusiyyət  olmasaydı,  atmosferin  üst
               qatlarında  heç  vaxt  su  damcıları  əmələ  gəlməzdi  və  yağışa
               bənzər heç bir şeyi təsəvvür belə etmək olmazdı.
                 XX  əsrin  əvvəllərinə  qədər  küləklərin  yağıntı  düşməsi  ilə
               əlaqəsi haqda heç nə  məlum deyildi. Küləklərin yağış  əmələ
               gətirmə prosesində oynadığı vacib soyuducu funksiyası yalnız
               müasir meteoroloji tədqiqatlar nəticəsində məlum oldu.
                 Əsas  odur  ki,  küləklərin  yağış  əmələ  gətirən  bu  vacib
               funksiyası haqda Quranda xəbər verilmişdir.
               Dənizlərin bir-birinə qarışmaması
                 Allah-tala dənizlərin alimlər tərəfindən yaxın keçmişdə kəşf
               edilən bir xüsusiyyəti haqda Qurani-kərimdə belə buyurur:
                 (Suları  şirin  və  acı  olan)  iri  dənizi  O  qovuşdurdu.  Amma
                                                                            1
               onların arasında maneə vardır, bir-birinə qatışmazlar.



                                                                            Rəhman, 19 - 20 . 1
   131   132   133   134   135   136   137   138   139   140   141