Page 159 - Islamic Studies 04
P. 159

158) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               varlığın son məqsədi bir sıra maddi və dünyəvi mənafelərinə
               zidd  olarsa  da,  əbədi  mənafelərini  üstün  tutmalısan.  Çünki
               həqiqi  xeyir  məhz  bundadır  və  bunun  əksinə  olan  işlər  pis
               işlərdir.  Deməli,  Allahın  varlığının  təsdiqindən  əlavə  məad
               əqidəsi də əxlaq qanunlarının müəyyənləşməsi və sabitləşməsi
               üçün zəruridir.”
                 Misbah Yəzdi bunu da əlavə edir ki, müstəqil insan zəkası bir

               sıra  ümumi  əxlaq  qanunlarını  dərk  edə  bilsə  də,    onun
               nümunələrini  müəyyənləşdirməkdə acizdir. Məsələn, ağıl dərk
               edir ki, ədalətli olmaq yaxşıdır, lakin bir çox xırda məsələlərdə
               hansı  rəftarın  ədalətə  uyğun  olduğu  qaranlıq  qalır.  Həmin
               məsələlərdən  biri  də  cəmiyyətdə  kişi  və  qadın  hüquqlarının
               bərabərliyi  məsələsidir.  Biz  bu  qəbil  məsələlərdə  ədalətin
               tətbiqində çətinlik çəkirik və onların həlli üçün dini qanunlara
                                             1
               müraciət etmək labüddür.
                1. Sekulyar əxlaq humanist  ideyalara əsaslanır, dini əxlaq isə
               teoloji  baxışlardan  qaynaqlanır.  Nəticədə  sekulyar  əxlaq
               cəmiyyətdə  insanların  fərdi  hüquqlarının  keşiyində  dayanır,
               din  məzmunlu  əxlaq  isə  insanların  yalnız  Allah  qarşısında
               vəzifələrinin düzgün həyata keçirilməsini özünün əsas qayəsi
               hesab  edir.  Bir  sözlə,  dini  əxlaq  insanların  fərdi  hüquqlarını
               tam təyin edə bilmir.
                 Qətiyyətlə deməliyik ki, bu iradla çıxış edənlər İslam dininin
               mahiyyətinə yetərincə varmamışlar. İlkin İslam dövrünü ötəri
               nəzərdən  keçirsək  görərik  ki,  bu  müqəddəs  din  insanların
               bütün  maddi  və  mənəvi  ehtiyaclarını  təmin  etməyə  çalışır,
               cəmiyyətdə  bütün  insanların  həm  sosial,  həm  də  fərdi
               hüquqlarını  bərpa  etməyə       səy  göstərir.  Quran  ayələrini,  bu
               səmavi kitabın İlahi  hökmlərini mütaliə edərkən , onun insan
               hüquqlarına  necə  diqqət  yetirdiyinə  şahid  oluruq.  Burada



               1. Misbah Yəzdi, “Düruse fəlsəfeye əxlaq”, s. 197-199
   154   155   156   157   158   159   160   161   162   163   164