Page 185 - Islamic Studies 04
P. 185

184) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               bunlara elm və mərifət nuru ilə çatmaq olar. Allah barəsində,
               onun      birliyi,       subutiyyə(     Allahda      olan     sifətlər),
               səlbiyyə(Allahda olmayan sifətlər)cəlaliyyə( gözəllik sifətləri),
               mələklər və qeyriləri, asimani kitablar haqda elm sahibi olmaq
               gözəl  bir  xüsusiyyət  olduğu  halda  onun  iman  və  mərifətlə
               qəbulu insanı ilahi məqama yaxınlaşmasında daha təsirlidir.
               Burada təkcə elm kifayət eləmir, cünki şeytan da elmə sahib

               olduğu halda küfr edib kafir olmuşdu.
               İman qəlbə xas olan bir hərəkətdir. Əqli dəlillər və ya dinlərin
               əhəmiyyəti  və  zərurət  dəlili  ilə  hər  hansı  bir  mövzuda  elm
               sahibi  olan  bir  şəxs,    qəlbi  ilə  də  o  məlumatlara  təslim
               olmalıdır. Təslimiyyət,  xuzu,  məsuliyyət və qəbuldan ibarət
               olan  qəlbdə  bir  sıra  əməlləri  də  yerinə  yetirmək  lazımdır  ki,
               insan  mömin  ola  bilsin.  İmanın  kamalı  arxyınlıqdır.  Cünki
               imanln  artmasının  ardından  qəlbimizdə  arxayınlıq  hissi  hasil
               olacaq.
               Qəlbin  hissəsi  olan  təslim,    ağlın  hissəsi  olan  elmdən  çox
               fərqlidir. bunu belə izah edirik ki bəzən insan Yaradanın,  haqq
               gününü  və  digər  inancları  ağıl  və  elmi  dəlillərlə  təsdiq  edir.
               amma qəlb onu qəbul etməkdə çətinlik çəkir.
               “La ilahə illəllah “ həqiqəti ağıl və imanla qəbul edildikdə,  qəl
               Allahla olur. Və insan Onun qarşısında tam surətdə təslim olur.
               Ondan  başqa  kimsədən  kömək  və  məqam  ummur.  Belə  bir
               fərd  tamamilə  dəyişmiş  və  riyadan  uzaq  olur.  Allaha  öz
               məhbubuna  çatmaqda  sadiqanə  və  saf,    möhkəm  addımlarla
               irəliləyir.
               Allahı  tanımaq  onun  həqiqətini  tanımaq  və  Onun  buyurduğu
               yolla  nəfsi  kamala  çatdırmaq  məcazi  deyil,    həqiqi
               əməllərdəndir. Başqa sözlə desək,  insanın allaha tərəf hərəkət
               etməsi  agahlıq  və  ixtiyar  üzündən  olan  birhərəkətdir.  Bu
               hərəkət  yolu  insan  doğulduğu  andan  quvvədə  olub,    öldüyü
   180   181   182   183   184   185   186   187   188   189   190