Page 187 - Islamic Studies 04
P. 187

186) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               əməllə  birləşərsə,    qürb  məqamına  daha  tez  çatmağa  kömək
               olar.
                Deməli,  burdan aydın olur ki,       bizim hərəkətimiz sonsuz bir
               məqsədə doğru davam edir.  Hər birimiz öz səy və bacarığımız
               müqabilində qürb məqamına nail ola bilərik.  Başqa cür ifadə
               etsək,    bu  “  qürb  məqamı”  bir  nöqtə  deyil  əksinə,    müxtəlif
               dərəcələrə  malik  olan  bir  həqiqətdir.  Bəs  əslində  qürb  nisbi

               məsələdir.    Biz  də  öz  fəaliyyətimizin  müqabilində  onun
               məqamlarını fəth edib,  İlahi feyzlərdən bəhrələnə bilərik.

               Əxlaq, saleh əməldir

               İmandan  sonrakı  ən  bəyənilən  əməl  saleh  əməl  və  yaxşı
               işlərdir.    Bu  qənaətə  Allahın  ayələrinə  əsasən  gəlmək  olar.
               Allah imandan sonra İlahi dərgaha yaxınlaşmağa və ali-insani
               dərəcələrə  nail  olmaqdan  ötrü  saleh  əməlin  vacibliyini
               vurğulayır. :
               “Hər  kəs  iman  və  saleh  əməllə  Allaha  tərəf  gedərsə,    məhz
                                                                               1
               onlar çox yüksək dərəcələrə və məqamlara nail olarlar. ”
                Saleh əməl müqəddəs şəriətimizdə vacib və ya müstəhəb əməl
               kimi  təqdim  edilir.  Ən  gözəl  əxlaqi  keyfiyyətlərdən  sayılır.
               Qiyamət  günü  əməl  tərəzisinə  qoyulacaq  olanlardan  ən  əsası
               saleh əməllərdir.  Burada imanın rolu da istisna deyil.  İmam
               Sadiqdən bu haqda belə rəvayət olunur ki, iman yalnız saleh
                                    2
               əməllə sabit olur.
                Əməlin saleh olmasının yeganə meyarı onun şəriət və vəhylə
               muvafiq,    uyğun  olmasıdır.    Elmi  və  qəlbi  etiqadlar  əməllə
               birləşərsə,  təkamul yolunda addımlamaq daha rahat olar.  Elm
               və əməl arasında kökdən gələn bir bağlılıq vardır. Hər kəs öz




               1 - Taha /75
               2 - Vəsailuş-şiə /cild 15,  səh 168,  hədis 6
   182   183   184   185   186   187   188   189   190   191   192