Page 183 - Islamic Studies 04
P. 183

182) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Ağıl qüvvəsinin xüsusiyyətləri
                 a) Əqli idrak üçün digər idraklarla müqayisədə hədd yoxdur
               və insanın, bu əqli idrakı inkişaf etdirmə imkanı var.
                 b) Ağıl qüvvəsi hissi, xəyali və vəhmi elmlərin yanlışlarının
               qarşısını almaqda insana kömək edir.
                c) Ağıl vasitəsilə insan digər idraklardan istifadə edərək onlar
               üçün ümumi məfhumlar yaradır (mücərrədləşdirmə).

                d) Ağıl vasitəsilə şeylərin əsl mahiyyətinə varılır (tərif).
                e)  Ağıl  vasitəsilə  məfhumların  xarici  nümunələri  qisimlərə
               bölünür (bölgü).
                f)  Ağıl  vasitəsilə  verilənlər  qruplaşdırılaraq  yeni  nəticələr
               almır, ümumi qanunlar kəşf edilir (əqli nəticə).
                 Min illər bundan öncə çətinliklər içərisində yaşayan insana,
               bugünkü müasir texnikanı bağışlayaraq onun rahatlığını təmin
               edən də məhz ağıldır.

               Rəssamdakı zehni qüvvələr
                 Tutaq ki, rəssam tablo üzərində bir əsər yaratmaq istəyir. Bu
               zaman,  rəssamın  yuxarıda  adlarını  çəkdiyimiz  zehni
               qüvvələrdən necə istifadə edərək əsər yaratmasına nəzər salaq.
               Məlumdur  ki,  rəssam  duyğu  üzvləri  vasitəsilə  ətraf  aləmi
               müşahidə etdikdən sonra əsər yarada bilər. Çünki o, əvvəlcə,
               əşyaları  müşahidə  etməlidir  ki,  onların  şəklini  tablo  üzərinə
               köçürə bilsin. Deməli, əvvəlcə, rəssamın duyğuları, hissi dərk
               etmə  qüvvələri  işləməlidir.  Bundan  sonra  tablo  ilə  üz-üzə
               duran rəssamın qalan üç - xəyal, vahimə və ağıl qüvvələrinin
               işə  düşməsinə  baxaq.  Tutaq  ki,  rəssam  hər  hansı  bir  təbiət
               mənzərəsini tablo üzərində təsvir etmək istəyir. Dedik ki, buna
               görə  o,  əvvəlcə,  təbiəti  duyğu  üzvləri  vasitəsilə  müşahidə
               etməlidir.  Əvvəlcə  çay  şəkli  çəkmək  istəyən  rəssam,  ağıl
               qüvvəsinin  sayəsində  dərk  edir  ki,  çayın  axın  istiqamətini
               yuxarıdan  aşağıya  doğru  çəkməlidir.  Amma  çayın,  tablonun
   178   179   180   181   182   183   184   185   186   187   188