Page 181 - Islamic Studies 04
P. 181

180) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               Məsələn:  "insan"  məfhumuna  düzgün  tərif  verdikdən  sonra
               onun  fərdlərini  alim-cahil,  güclü-zəif,  azərbaycanlı  və  qeyri-
               azərbaycanlı  kimi  bölmək  olar.  Məlumdur  ki,  bu  bölgü
               əməliyyatı da ağlın sayəsində həyata keçir və onu təfəkkürün
               üçüncü forması öyrənir və "bölgü" adlanır.
                 Nəhayət,  insan  bu  əməliyyatlardan  sonra,  yaratdığı
               məfhumun  başqa  varlıqlarla  əlaqəsinə  baxa  bilər;  onun

               haqqında  hökm  verə  bilər.  Məsələn:  zehinin  yaratdığı  həmin
               "insan" məfhumu haqqında "İnsan heyvanlardan fərqli olaraq
               cəmiyyət halında yaşamağa və başqalarının hüquqlarına riayət
               etməyə  məcburdur"  hökmünü  kəşf  edə  bilər.  Bu  hökmü  isə
               isbatsız  olaraq  qəbul  etmək  düzgün  deyil.  Ümumiyyətlə  heç
               bir  hökm  isbatsız  qəbul  olunmur.  Həmin  isbat  metodunu  isə
               təfəkkürün dördüncü forması araşdırır və "əqli-nəticə" adlanır.
               Təfəkkürün  bu  forması  ilə  bağlı  olan  aşağıdakı  başqa  bir
               misala baxaq:
                 Alimlər Günəşin Şərqdən çıxaraq Qərbdə batdığını müşahidə
               etdikdə  belə  nəticəyə  gəlmişlər  ki,  "ya  Yer  Günəşin,  ya  da
               Günəş  Yerin  ətrafına  fırlanır".  Alimlərin  bu  hökmü  verməsi
               ağıl  qüvvəsinin  dördüncü  təfəkkür  forması  olan  "əqli-
               nəticə"nin sayəsindədir.
                 İnsan bu idrakla heyvandan fərqlənir və bu onun kamilliyini
               göstərir. Əqli idrak zehni təhlillər sayəsində yaranır. Məsələn,
               insan  və  heyvan  hissi  idrakda  müştərəkdir,  yəni  ətraf  aləmi
               müşahidə edən insan və heyvanda hissi təsəvvürlər əmələ gəlir
               və  heyvan  bu  təsəvvürləri  məfhum  halına  salıb  qruplaşdıra
               (mücərrədləşdirə)  bilmədiyindən  onun  üçün  əqli  idrak  hasil
               olmur. Amma insan hiss etdiyi şeylərdən (hissi idrak) ümumi
               məfhumlar  alaraq  (mücərrədləşdirmə)  onları  mənalandıra
               (tərif)  bildiyindən,  hissələrə  ayırdığından  (bölgü),  onlar
               arasında bağlılıq qurmağa (əqli-nəticə) qadir olduğundan, əqli
               məlumatlara  da  malik  ola  bilir.  Heyvan  isə  ətraf  aləmdəki
   176   177   178   179   180   181   182   183   184   185   186