Page 186 - Islamic Studies 04
P. 186
Dinə söykənən əxlaq/ (185
ana qədər olan zaman məsafəsində baş verir. Burada ilahi
eşqin rolunu da unutmaq olmaz.
Digər tərəfdən, Allaha yaxınlıq digər mənalarda olan məkan
və zaman və məcazi yaxınlığ deyil, tam fərqli bir mənanı
əhatə edir. Məqsəd və hədəf kamal yaxınlığı vücudi
yaxınləqdər. Bunu da aydın məsələdir ki elm və mərifət yolu
ilə anlamaq olar.
Məsələyə aydınlıq gətirək. Dini əqidə və Kəlam kitablarına
diqqət yetirsək görərik ki, vücud və varlıq məsələsində subuta
yetirilmişdir ki, onların müxtəlif dərəcə və mərtəbələri vardır.
Bu fərqlilik eyniylə şiddətli və zəif nura oxşayır. Nurun ən
aşağı mərtəbəsi zəif olsa da nurdur. Kulminasiya mərtəbəsi isə
tamamilə nura bələnmişdir. Bu iki mərtəbə arasında yerləşən
boşluqlar hər biri dərəcə ölçüsünə görə olsa da nur hesab
olunur. Fərqsə yalnız zəif və şiddətli olmaqdadır.
Vücud da eyniylə belədir. Onun aşağı mərtəbəsi təbiət və
maddə, ən yüksək mərtəbəsi Allahın vücud baxımında sonsuz
olan muqəddəs Zatıdır. Vücudda eyniylə nurda olduğu kimi
şiddət və zəiflə fərqlənir. Vücud güclü olduqda kamala çatma
şansı daha artıq olur. Əksinə, vücud nə qədər zəif olarsa
Allahın vacibul-vücudundan da bir o qədər uzaq olar.
Bu müqəddiməyə əsasən insan ruhunun Allah qatına nə qədər
yaxın və uzaq olmasını təsəvvür etmək məncə çətin deyildir.
Mücərrəd olan ruhumuz maddi olan bədənimizlə birlikdə
hərəkət edə bilir, kamilləşir və nəhayət özvücudunun son
mərhələsinə çatır. Bəs biz həyatımız boyu nə qədər çox kamal
kəsb edərsək, vücud mərhələlərində bir o qədər təkamülə
çatarıq və eyni o həddə Alla yaxınlaşmış olarıq. İman məhz
həmin nurdur ki bizə bu yolda yoldaşlıq edir. İman saleh