Page 180 - Islamic Studies 04
P. 180
Dinə söykənən əxlaq/ (179
"mücərrədləşdirmə" sayəsində "Bu, göy cismidir.” kimi
mənalandırmasıdır. Buna bir balaca izah verək: məlumdur ki,
insan həmin obyekti müxtəlif xüsusiyyətləri, məsələn: hansısa
bir rəngdə, formada, çöküklük-qabarıqlığı ilə birlikdə görür.
Amma onu bu cüzi xüsusiyyətlərindən ayıraraq, təmizləyərək,
onun üçün ümumi bir məfhum yaradıb, onu bu
xüsusiyyətlərdən təmiz halda, göy cismi adlandırır. Bu cüzi
xüsusiyyətlərdən əqli ayırma və təmizləməyə
"mücərrədləşdirmə" deyilir.
İkinci təfəkkür formasına da qısa olaraq belə işarə etmək olar:
insan mücərrədləşdirmədən sonra alınan məfhumun həqiqi
mahiyyətini başa düşməyə çalışır. Məsələn: müxtəlif mən, sən,
o və s. kimi fərdləri müşahidədən sonra, zehin
mücərrədləşdirmə əməliyyatı vasitəsi ilə yeni bir "insan"
məfhumu yaradır. Belə ki, artıq zehində yer alan bu məfhumun
boy, rəng, haralı olması və s. kimi cüzi xüsusiyyətləri olmur.
Bununla belə, mücərrədləşdirmə sayəsində yaranan "insan"
məfhumu zehin üçün bir qədər məlum olsa da, amma onun
həqiqi mahiyyəti hələ ki, məchul qalır. Yəni "insan"ın əsl
mənası nə deməkdir, əsl həqiqəti nədir? Bu sualı
cavablandırmaq üçün isə zehin ikinci bir təfəkkür formasından
istifadə edir və bu təfəkkür formasına da "tərif" deyilir.
Mücərrədləşdirmə əməliyyatı çox asan bir əməliyyat olub,
ümumi xarakter daşıdığı halda, "tərif" təfəkkür forması xüsusi
insanlara məxsusdur. Yəni hər bir insan heç bir çətinlik
çəkmədən mücərrədləşdirmə əməliyyatı apara bilir və bunun
üçün, digər üç təfəkkür qanunlarında olduğu kimi, dəqiq
şəkildə təfəkkürün şərtlərinə riayət etmək lazım deyil.
Bundan sonra, həmin məfhumun nümunələrini bir-birindən
hansısa xüsusiyyətlərinə görə bölünməsinə baxmaq olar.