Page 207 - Islamic Studies 04
P. 207

206) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               bu dəstələrin cavabı da onların keçmiş zamandakı durumundan

               hekayət  edir:  “Kunna  mustəzəfinə”  -yəni,  “Biz  imkansız  və
               məzlum  idik.”  və  ya  sonrakı  ayədə  gəlib  ki,  cəhənnəm  əhli
               deyərlər:  “Ma  kunna  nəməlu  min  suu”  -yəni,  “  Biz  pis  iş

               görmürdük”    və  “Bima  kuntum  təməlun”  –cümləsi  də
               keçmişdəki  bu  qrupların  dünyadakı  rəftarından  danışır  və
               hekayət    edir,  yəni  mələklər  deyirlər:  “Bu  şeylər  sizin

               keçmişdə gördüyünüz əməllərin mukafatı və ya cəzasıdır.”

               Deyilənlərə diqqət edəndə aydın olur ki, bu danışıqlar ölümdən

               sonra baş verir, indi belə bir sual qarşıya çıxır ki, mələklərin
               xitab  etdiyi  və  danışdığı  tərəf  kimdir?  Yəni,  bədən  aradan
               gedib  və  artıq  yaşamır  və  artıq  danışmağa  qadir  deyil,

               mələklərlə kimin arasında və ya nəyin arasında bu danışıq baş
               verir? Aydın şəkildə başa düşmək olur ki, bu ayələrə əsasən,
               insanda digər bir cəhət var ki, onun ölümündən sonra aradan
               getmir və Allahın  mələklərinin öz sualları və sözləri ilə xitab

               etdiyi  tərəf  də,  elə  həqiqətdə  odur  və  bunun  özü  həmin
               məsələdən xəbər verir ki, həqiqi insan həmin ruh və danışan
               nəfsdir və ona görə mələklər onlara sual verirlər. Buna əsasən,

               yuxardakı  üç  ayədə  məad  prinsipinin  hər  üç  təməl  və  əsas
               məsələsi  –yəni,  mücərrəd  cəhətin  varlığı,  mücərrəd  cəhətin
               təməl  və  əsas  olması  və  ölümdən  sonra  mücərrəd  cəhətin

               həmişəyaşarlığı  aydınlaşmışdır.

               1-1. Ruhun mahiyyəti


               Xristianlığın  dini  təlimlərinə  əsasən, bu  dinin  davamçılarının
               hamısı  Ruhun  əsas,  qeyri-maddi  və  mücərrəd  olmasına
   202   203   204   205   206   207   208   209   210   211   212