Page 18 - Islamic Studies 04
P. 18

Qadınların ictimai mövqeyi  “Əhdi-qədim” də (17


               Məsih  gələcək,  sürgün  sona  çatacaq,  yəhudilər  həqiqi  evinə
               dönəcək,  Məbəd  yenidən  inşa  ediləcəkdir. Yəhudi  şəriəti
               Halakhaya        görə      şənbə      günü od yandırmaq         günah

               sayılır. Ortodoks      olmayan      yəhudi      günahkardır. İsraildə
               ortodoks  yəhudilik  “dövlətin”  rəsmi  məzhəbidir. İsraildə  son
               zamanlar bütün məzhəblərin təşkilat qurmasına izn verilir.


                 Reformist  yəhudilik  :  XIX  əsrin  əvvəllərində  Almaniya
               yəhudiləri  arasında  meydana  gəlmişdir. Sonradan  Amerika
               yəhudiləri  arasında  geniş  yayılmışdır. Reformist  yəhudilər

               Amerika  yəhudilərinin  40  faizini  təşkil  edir. İsraildə  isə  5-6
               min  civarındadırlar. Onlar  ortodoks  inancları  rədd  edirlər. Bu
               gün  reformist  yəhudilik  dünyəviləşmiş  yəhudilik  formasını

               almışdır. Yəhudiliyə       yalnız     mədəni      bir     fakt    kimi
               baxılır. Sinaqoqda qadınlarla kişilər yanaşı oturur. Qadınlar da
               haham kimi vəzifə daşıyaraq ayinləri icra edirlər. Digər din və

               inanclara  diqqət  və  hörmətlə  yanaşılır. Talmudu  inkar  etmiş,
               məsihçiliyi  rədd  etmişdirlər. Reformist  yəhudilik  ifrat
               islahatlar  nəticəsində  böhran  keçirir  və  yəhudi  şəxsiyyəti

               haqqında problemlər yaranır.

                 Mühafizəkar  yəhudilik:    XIX  əsrin  ortalarında  alman
               yəhudiləri  arasında  meydana  çıxmışdır. Təmsilçiləri  İzak

               (İsaac)  Bermays  (1791-1849)  və  Zakarya  (Zacharia)
               Franklendir  (1801-1871). Daha  sonralar  Amerikada  da
               tərəfdarlar  toplamışdır. Onlar  babalarının  ənənələrinə  bağlı

               qalmağı arzu edər, dünyəviliyə qarşı çıxarlar.
   13   14   15   16   17   18   19   20   21   22   23