Page 235 - Islamic Studies 04
P. 235
234) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Şəfaət haqqı əda olunmayan tərəfdən, bağışlanma diləmək
anlamınadır. Bu da Tanrı ilə xatakar insanın arasında bir
şəxsin vasitəçiliyi ilə baş tutur. Rumlulara olan yazıda
oxuyurq:
“və həmçinin ruh da bizim zəifliyimizə yardım edər; çünki dua
edəcəyimizi gərəkən şəkildə bilmirik, lakin ruhun özü bizim
üçün şəfaət edər, aşkarlanmağı mümkün olmayan nalələrə
xatir vəo ki, qəlbləri yoxlayandır, düşüncəni bilir; çünki o
müqəddəslər üçün Tanrının istəyi əsasında şəfaət edər.”1
Müqəddəs kitabın ayələrinin təfsirçiləri “ruhun özü bizim üçün
şəfaət edər” ayəsinin təfsirində deyirlər: bu ayədən məqsəd,
müqəddəs ruhun əzəmətinin bizim qəlbimzə hakim olmasıdır
ki, bizi örgədir və hidayət edir ki, Cənabı-Haqqın bizlərdən
şəfaətçi vasitəsi ilə qəbul edəcəyi müqəddəs duyğuları
tapmağa o yolla güc tapaq.2
Müqəddəs Kitab Məsihin qurbanlığını və şəfaətin xatırladaraq
deyir:
“ tanrı ilə xalq arasında İsa Məsih adında bir insan var ki, canı
bütün bəşəriyyətə fəda etdi ki, bu işlə Allahı və insanı bu işlə
barışdırsın.”3
Xristiyanlar bu inancadadırlar ki, İsa Məsihin şəfaətinə malik
olduqları üçün heç bir şəkildə başqa bir şəxsin şəfaətinə
ehtiyacları olmayacaq.1
. Romalılara 8: 26-27. 1
. Mister Haks, Müqəddəs Kitabın lüğəti, səh 525. 2
. 1 Timoteyə 2: 5-6. 3