Page 234 - Islamic Studies 04
P. 234
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (233
Piterin ikinci yazısına istinad edirlər1 amma indiki yaradılışın
təzələnəcəyinə inanan digər qrup İbranilərə istinad edirlər.2
Qurani-Kərimin Bir sıra ayə və rəvayətlərinə əsasən, axirətdə
nizam-intizam dünyadakından fərqlidir. O dünyada dünyanın
şəkli və keyfiyyəti dəyişəcək və bu dünyanın nizam-intizamı
əvəz olunacaq. Quranda qeyd olunur ki, qiyamətdən əvvəl və
ya onunla eyni vaxtda şiddət və dəhşətli bir zəlzələ baş
verəcək. Bu zəlzələnin təsirindən hər şey dağılacaq, dağlar toz
halına düşəcək və zərrələri fəzaya yayılacaq, yer öz
daxilindəkini çölə tökəcək və bütün aləmi qəribə titrəyiş
bürüyəcək.
Bəzi ayələrdə yer haqda “dəkk” təbiri istifadə olunmuşdur.
Bunun mənası əzilməyin son həddi və xırdalanmaq və məhv
olmağa yaxındır.
Quranda göylər və dağlar haqda buyurulur:
O gün göy göyərmiş mis kimi olacaq; Dağlar da didilmiş
(rəngbərəng) yun kimi olacaqdır. (əl-Məaric surəsi\8-9) O
gün… Dağlar didilmiş yun kimi olacaqdır! (əl-Qariə surəsi\4-
5) O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq), Dağlar
yerindən qopub (havada toz kimi) oynayacaqdır. (ət-Tur
surəsi\9-10)
3-6. Şəfaət
. 2 Piter 3: 13. 1
. İbranilər 12: 26-28. 2