Page 250 - Islamic Studies 04
P. 250
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (249
hazırlamısınız?”1 Onlar etdiklərini etiraf edərək, deyərlər:
“Biz dünyada namaz qılmırdıq. Yalnız qarınlarımızı
doyurmağın fikrində idik. Kasıbları və yoxsulları
fikirləşmirdik. Onlara kömək etmirdik. Ömrümüzün dəyərli
vaxtlarını puç şeylərlə keçirirdik və həmişə azğınlarla birlikdə
idik. Biz dünyada “məad”ı və qiyaməti inkar edirdik və ölümü
həyatın sonu bilirdik. Birdən əcəlimiz çatdı və ölüm
yaxamızdan yapışdı. Bu vaxt qiyamətə yəqin etdik və qəflət
yuxusundan ayıldıq. Təəssüflər olsunlar ki, artıq bu ayılmağın
heç bir xeyri yoxdur. Bizim heç bir nicat yolumuz da yoxdur.
İndi isə Allahın hüzurunda xəcalətli və peşimanıq. Əfsus ki,
bizə xeyri olan heç bir yaxşı əməlimiz yoxdur, digər tərəfdən
də heç bir şəfaətçinin şəfaəti bizim haqqımızda qəbul deyil.”2
İslam və xristianlıq baxımından axirətə inamın ailədəki
təsirləri
Məada inamın zəruriliyi
Öncəki fəsillərdəki araşdırmalardan bu nəticəni əldə etdik ki,
hər iki səmavi din məada və ona aid məsələəlrə inanırlar; bu da
onların eyni qaynaqlı olmalarını görsədir. Bunu da vurğulamaq
lazımdır ki, məad məsələsi İslam dinində o dərəcədə
əhəmiyyətlidir ki, Quranın tövhiddən sonra ən çox
məsələlərini özünə aid edib. Bu da məad məsələsinin İslam
dinində fövqəladə əhəmiyyətli olmasından xəbər verir.
Müddəssir 40-42. 1
“Müddəssir” 43-47. 2