Page 249 - Islamic Studies 04
P. 249

248) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               onlardan  istəyərlər  ki,  cənnətin  gözəl  sularından  bir  qurtum

               onlara  bağışlasınlar1.  Yaxud,  əgər  bu  iş  mümkün  deyilsə,
               azından onlara bir nəzər etsinlər. Bəlkə, bu nəzərin sayəsində
               əllərinə  bir  şey  keçər  və  pis  vəziyyətləri  düzələr2.  Əfsuslar

               olsun  ki,  indi  heç  bir  işə  çarə  qılmaq  vaxtı  deyil  və  heç  bir
               ümid yeri yoxdur, çünki cənnətdəkilər onlara deyərlər: “Bizim
               ixtiyarımız yoxdur ki, bizə verilən nemətləri sizin ixtiyarınızda

               qoyaq. Çünki Allah-taala sizə bu nemətlərdən istifadə etməyi
               haram  buyurub3.  Artıq  sizin  üçün  nicat  yolu  yoxdur.  Əgər
               bacararsınızsa,  yenidən  dünyaya  qayıdın  və  Allaha ibadət  və

               gözəl  əməllər  etməklə  özünüzü  xilas  edin  (amma  bunu  edə
               bilməyəcəksiniz).”4


               Bu  vaxt  münafiq  cəhənnəm  əhli  cənnətədəkiləri  yenidən
               səsləyib    nigaran  halda  soruşarlar:  “Məgər,  biz  dünyada
               birlikdə deyildik? Biz də sizin kimi ibadət etmirdik?” Cənnət
               əhli deyərlər: “Dedikləriniz düzdür. Amma siz münafiqliyinizə

               görə özünüz üçün belə bir pis aqibət hazırladınız və dünyanın
               zahirinə  aldandınız.  İndi  elə  bir  çətinliyə  düşmüsünüz  ki,
               ondan xilas qeyri-mümkündür.”5


               Cənnət əhli də cəhənnəm əhlinin halından daha çox xəbərdar
               olmaq  istəyir  və  onların  belə  pis  və  xoşagəlməz  günə

               düşmələrinin səbəbini bilmək istəyirlər. Ona görə də onlardan
               soruşurlar: “Siz nə etmisiniz ki, özünüz üçün belə pis aqibət



                                                                                 Əraf 50. 1
                                                                                Hədid 13. 2
                                                                                 Əraf 50. 3
                                                                                Hədid 13. 4
                                                      Hədid 14-15, Ali-İmran 91, Məaric 11-16. 5
   244   245   246   247   248   249   250   251   252   253   254